Sağlamlıq
Dietoloqdan mühüm xəbərdarlıq - İsti çay içməyin!
“Təsadüfi deyil ki, xəstəliklərin böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar yaranır. Çox isti çay içmək və çox isti xörək yemək enzimlərin ifrazını dayandırır, mədənin zədələnməsinə səbəb olur”.
Publika.az xəbər verir ki, bu sözləri dietoloq Nərgiz Nəzirova deyib.
Ekspert bildirib ki, yemək vaxtı və yeməkdən dərhal sonra su içmək düzgün deyil.
“Çünki su 10-15 dəqiqə sonra mədəni tərk edərək özü ilə bərabər mədə şirəsini də yuyub aparır və həzmolmanı pozur. Çox yeməyə can atmaq lazım deyil, çox yemək orqanizm üçün lüzumsuz və səmərəsiz əlavə zəhmət, ağır yükdür. Düzgün qidalanma qaydasında başlıca məqsəd onikibarmaq bağırsaqda qidaların çürüyərək zəhərli maddələrə parçalanmasının qarşısını almaqdır. Ona əməl edən hər kəs sağlam və gümrah yaşayır, mənən və ruhən güclü olur”, - deyə dietoloq qeyd edib.
N.Nəzirova həzmsizlik problemi yaşayanlar üçün alternativ həll yolu tövsiyə edib:
“Bunun üçün yeməklərdən 30 dəqiqə əvvəl 1 çay qaşığı alma sirkəsini 1 çay qaşığı balla qarışdırıb bir bardaq ilıq suyun içinə qoyun. Bu qarışımı içərək həzmsizlik problemindən tam azad ola bilərsiniz”.
Aytən Məftun
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO


















.jpg)

.jpg)
















.jpg)


