Sağlamlıq
Ürəyin sağlamlığını qoruyan ƏN FAYDALI QİDALAR: gündə 1 fincan...
Mütəxəssislər bəzi qidaların damarları təmizləyərək qandakı xolesterol səviyyəsini azaltdığını və qan təzyiqini aşağı saldığını bildirir.
Publika.az xəbər verir ki, sözügedən qidaların balanslı qəbulu ürək-damar problemləri riskini azaldır.
Lakin təkcə qidalanma ürəyin sağlam fəaliyyətini təmin edə bilməz. Bunun üçün nizamlı idman və ya məşq etmək lazımdır.
Mütəxəssislərin ürəyin sağlamlığı üçün tövsiyə etdiyi qidalar:
Fındıq: Fındıq yağ tərkiblidir. Amma bu yağ xolesterolun səviyyəsini aşağı salan doymamış yağdır. Fındıqda həm də damarları qoruyan E vitamini bol miqdarda var. Sink, lif və maqnezium bu qidanın əsas faydalarındandır.
Zeytun yağı: Doymuş yağlar yerinə, zeytun yağından istifadə etsəniz, qandakı xolesterolun miqdarı azalacaq, qan təzyiqi aşağı düşəcək.
Düyü: tərkibində bol miqdarda E və B vitaminləri var.
Pomidor: Pomidora qırmızı rəng verən likopen birləşməsi damarlarda xolesterolun yığılmasının qarşısını alır.
Soğan: sarımsaqla birlikdə ürəyin sağlamlığı üçün can-başla savaşan qidadır. Tərkibindəki maddələr xolesterolun oksidləşərək damarların divarlarına zərər verməsinin qarşısını alır.
Lobya: hər gün 1-1/2 fincan quru lobya yesəniz, qısa müddətdə qandakı xolesterolun miqdarı azalar. Damarların tıxanmasını əngəlləyir.
İspanaq: ürək xəstəlikləri və yüksək təzyiqə qarşıdır. Xolesterolun damarlara yerləşməsinin qarşısını alır. Maqnezium və kalium kimi minerallarla zəngindir.
Qreyfrut: 80 kaloriyə malik qreyfrut eyni zamanda C vitamini deposudur. Meyvənin içinə çəhrayı rəng verən maddə damarları xolesterolun təxribatından qoruyan antioksidantdır.
Yulaf: Yulaf xolesterolun bir nömrəli düşmənidir. Lif özünü xolesterola birləşdirir və onu vücuddan xaricə çıxarır. Gündə 1-1/2 fincan yulaf yesəniz, qandakı xolesterol miqdarı 20% azalar.
Çay: Əvvəllər ürək xəstələrinin çay içmələri qadağan edilirdi. İndi isə çayın ürək üçün son dərəcə faydalı olduğu iddia edilir. Çay qan laxtalanmasının qarşısını alır.
Alma: Gündə bir alma yesəniz, ürək xəstəliklərindən qorxmağınıza gərək qalmaz. Tərkibindəki vitaminlər sayəsində xolesterolun damarda yığılmasının qarşısını alır.
Zümrüd
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?


















.jpg)




















