Sağlamlıq
Həkimdən XƏBƏRDARLIQ - Xroniki qastritin kəskinləşməsinə səbəb ola bilər
“Həkim necə xəstələnir: Böyük sağlamlığa aid kiçik fəndlər” kitabının müəllifi, terapevt Olqa Kaşubina alkoqollu içkilərin həddindən artıq istifadəsi zamanı yaranan “paxmel”dən ayılmaq üçün aspirini qəhvə ilə qarışdırmamağı tövsiyə edib.
Publika.az xəbər verir ki, “Sputnik” radiosuna verdiyi müsahibədə mütəxəssis bunun sağlamlığa mənfi təsir göstərə biləcəyini qeyd edib.
Həkimin sözlərinə görə, bu yanaşma yalnız vəziyyəti bir müddət yaxşılaşdıracaq, ancaq bundan sonra ciddi mədə problemlərinə səbəb ola bilər.
Kaşubina əlavə edib ki, spirtli içki qəbul edərkən insanın mədəsi tez-tez qıcıqlanır, odur ki, üstündən qəhvə ilə aspirin içsəniz, bu əlavə ağrıya və xroniki qastritin kəskinləşməsinə səbəb ola bilər. Həkim belə bir metodun xorası olan insanlar üçün son dərəcə arzuolunmaz olduğunu vurğulayıb.
Ancaq mütəxəssisin dediyi kimi, spirtlə əlaqəli olmayan adi baş ağrısının qarşısını almaq üçün qəhvənin ağrıkəsicilərlə birləşməsi yaxşı effekt verə bilər. Aspirin qan dövranını yaxşılaşdırır və kofein ondan toksinləri çıxarmağa kömək edir.
“Hətta aspirin və kofein birləşdirici həblər var. Farmakologiyanın belə bir tablet istehsal etməsi, bu iki maddənin tamamilə birləşdiyini göstərir. Bir fincan qəhvə ilə aspirin tableti içməkdə xüsusi qorxu yoxdur. Üstəlik, ağrıkəsici təsiri gücləndirdiyindən kofein tez-tez aspirinə əlavə olunur. Bu iki maddə bir-birini gücləndirir və təsiri daha effektiv olur”, - deyə Kaşubina yekunda bildirib.
Aytən Məftun
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...












.jpg)






















.jpg)


