Sağlamlıq
Yapon alimlərdən ən son İCAD - Xəstəlikləri proqnozlaşdırmaq mümkün olacaq
Yapon alimləri bir sıra xəstəliklərin inkişaf etməzdən üç il əvvəlki diaqnozunu verməyi öyrənib.
Publika.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Hirosaki və Kyoto Universitetlərinin mütəxəssisləri təxminən 20 xəstəliyin, xüsusən diabet, demensiya, arterioskleroz, hipertoniya, xroniki böyrək çatışmazlığı, osteoporoz, piylənmə, ürək-damar xəstəliyi və bir sıra digər xəstəliklərin inkişaf ehtimalını dəqiq müəyyənləşdirmək üçün metod hazırlayıb.
Süni intellektdən istifadə etməklə 20 kateqoriyada insanın tibbi göstəricilərinin təhlili sistemini yaradıblar ki, bu da insanın fiziki vəziyyəti, genetik meylliliyi, həyat tərzi və pis vərdişləri haqqında məlumatları nəzərə alıb hesablamalar aparmağa imkan verir. Tədqiqat prosesi təqribən 20 min insanın məlumatlarına əsaslanıb.
Kyoto Universitetinin professoru Yasuşi Okuno qeyd edib ki, insanın gələcək üç il ərzində hansı xəstəlikləri keçirə bilmə ehtimalını yüksək dəqiqliklə proqnozlaşdıra biliblər. Alimlərin fikrincə, onların metodu əvvəlcədən müəyyən addımlar atmaqla həyat tərzini dəyişdirərək, xəstəliklərin inkişafının qarşısını almağa imkan verəcək.
Aytən Məftun
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
