Sağlamlıq
Məşhur həkimdən SƏRT XƏBƏRDARLIQ: “Lazımsız dərmanlara pul xərcləməyin”
“Arbidol”, “Kaletra”, “Tamiflu” kimi antivirusları almayın. Bunların heç bir müsbət effekti sübuta yetirilməyib. Hazırda COVID-19-a qarşı heç bir preparat icad edilməyib. Spesifik müalicənin olmamasına görə panikaya düşməyin. 90% yoluxanlara heç bir müalicə lazım deyil. Sağalanlar “Arbidol”a görə sağalmayıb.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, COVID-19-a yoluxan xəstələri təşvişə düşməməyə səsləyib:
“Sizdə temperatur yüksəkdirsə, hətta KT də buzlu şüşə çıxıbsa, hətta PCR də koronavirus pozitiv çıxıbsa, yenə təlaşa ehtiyac yoxdur. Lazımsız dərmanlara pul xərcləməyin. Dərman alverçiləri süni qiymət artımı etməklə xalqın bu ağır günündə milyonlar qazanır.
Sizdə viral pnevmoniya varsa, adi soyuqdəymə kimi müalicə olunun. Zatən virus pnevmoniyası tez çəkiləcək. Əgər bakterial pnevmoniya əlavə olunarsa, antibiotiki müalicəyə əlavə edin. Sadəcə qızdırma və buzlu şüşə var deyə güclu antibiotikləri, “Deksametazon”u və çoxsaylı dərmanı xəstəyə vurmayın. Yüzlərlə insan eyni səhvi edir. Qızdırma olan kimi antivirallar, güclü antibiotiklər, hormonlar nizamsız olaraq, göstəriş olmadan xəstələrə vurulur.
Virusu ciddiyə alın, çalışın yoluxmayın! Çünki siz yoluxduqdan sonra virusu əlavə xəstəlikləri olan yaşlı insanlara keçirə bilərsiniz, onlar ağır keçirə bilər. Sosial məsafəni qorumağı da o 10% insana görə xahiş edirəm”.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





