Sağlamlıq
Doktor Vasif İsmayıldan REAKSİYA - İki həftə ərzində yoluxanların sayı artacaq
“Aksiyanın açıq havada olmasına baxmayaraq, sosial məsafənin gözlənilməməsi, maskalardan istifadə edilməməsi yoluxma sayının artmasına şübhəsiz ki, ciddi təsir edəcək”.
Bu sözləri Publika.az-a açıqlamasında Orduya dəstək məqsədi ilə keçirilən yürüşə münasibət bildirərkən tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib. O, sözlərinə belə davam edib:
“Pandemiya şəraitində olsaq da, xalqın öz emosiyalarını bir şəkildə ifadə etmək ixtiyarı var, dünən onlar bu haqlarından istifadə etdilər. Cəmiyyətin çətin günlərdə küçəyə çıxıb aksiya keçirməsi anlaşılandır. Lakin belə hallarda diqqətli davranmağı tövsiyə edərdim. Nümayişə çıxarkən belə sosial məsafəni gözləməyə, karantin qaydalarına əməl etməyə çalışsınlar. Yoluxma hallarının yüksək olduğu bir vaxtda minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması üçün əlverişli şərait yaratdı. İki həftə ərzində dünənki nümayişin acı nəticələri bəlli olacaq”.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)
