Sağlamlıq
Koronavirus kişilərdə sonsuzluğa səbəb olur? - Uroloq AÇIQLADI
Xəbər verdiyimiz kimi, bir çox mütəxəssis araşdırma nəticəsində bu qənaətə gəlib ki, koronavirus kişilərdə cinsi zəifliyə, hətta sonsuzluğa səbəb ola bilər.
Publika.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Endokrinoloji Mərkəzinin Reproduktiv Texnologiyalar şöbəsinin aparıcı elmi işçisi, uroloq-androloq Sergey Boqolyubov bu xəbərlərə aydınlıq gətirib.
O, qeyd edib ki, koronavirusun kişinin reproduktiv sisteminə daxil olması asan deyil.

“İnfeksiyanın yalnız qan vasitəsilə daxil olması mümkündür. Amma bu, ağciyər toxumasına ciddi ziyan vurmaqla, yəni xəstəliyin ağır gedişi nəticəsində baş verə bilər” - ekspert qeyd edib.
Çin və Amerika alimləri belə nəticəyə gəliblər ki, xəstəliyin kəskin dövründə müayinə olunan kişilərin təxminən 15% -nin, bərpa mərhələsində isə 8%-nin spermasında COVİD-19 aşkar edilib. Virusun nə qədər davam edə biləcəyi ilə bağlı məlumat olmasa da, bu istiqamətdə daha geniş araşdırmalar tələb olunur.
Ancaq uroloq qeyd edib ki, qızdırma, bədənin intoksikasiyası, antibiotiklər və antiviral dərmanlar qəbul etmək, xəstəliyi müşayiət edən hipoksiya reproduktiv funksiyaya müəyyən təsir göstərir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)







.jpg)


