Sağlamlıq
COVID-19 diaqnozu qoymaq üçün niyə iki test üsulundan istifadə edilir? - VACİB MƏQAMLAR
SARS-CoV-2 virusuna yoluxma hallarının aşkarlanması üçün müxtəlif test üsullarından istifadə edilir.
Publika.az xəbər verir ki, bunlardan ikisi Polimer Zəncirvari Reaksiya (PZR) və Seroloji testlərdir.
Üsullardan birincisi nazofarengial sürüntü (burun və boğazdan götürülən yaxma), ikincisi isə qandan götürülən nümunənin təhlilidir.
Koronavirus pandemiyasının geniş yayılması və sürətli testləşdirmə işinin həyata keçirilməsi üçün ən çox müraciət edilən üsul PZR testlər olsa da, daha dəqiq cavab almaq və düzgün diaqnoz qoymaq üçün Seroloji testə müraciət etməyə üstünlük verilir.
Bəs bu testlər arasında hansı fərqlər var?
Seroloji test qanda igG (immunoqlobulin G) aşkarlanması üçün istifadə edilir. PZR testləri isə orqanizmdə virusun olub-olmamasını təyin etmək üçün tətbiq olunur.Yəni PZR testləri hazırkı xəstəliyi, seroloji test isə artıq yoluxmuş olan infeksiyasını göstərir.
PZR testi pasiyentə diaqnoz qoyula bilməməsi, şübhəli məqamları olması təqdirində, seroloji testlər isə nə zamansa yoluxub-yoluxmamanı aşkarlamaq üçün keçirilir. İkinci üsul daha çox xəstəliyi asimptomatik olaraq keçirən şəxslərin müəyyən edilməsi üçün daha effektivdir.
Bununla belə, qanda İgG testi yalançı neqativ cavab göstərə bilər. Səbəbi isə bundan ibarətdir ki, İg, yəni immunoqlobulin istənilən xəstəliyə orqanizm tərəfindən verilən immun reaksiyadır. Xəstəliyin ilk saatlarından etibarən öncə İgM formalaşır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM İgG-yə çevrilir və qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı igG formalaşır- yəni immun reaksiya yaranır. Pasiyentdə igG-ni yalnız virusla daha əvvəldən qarşılaşdığı təqdirdə aşkarlamaq olur. Yəni simptomu olan və aktiv dövrdəki bir xəstədə İgG-nin qanda tapılması mümkün deyil. Bu səbəbdən simptomu olmayan lakin kontaktda olduğu üçün yoluxma şübhəsi olan şəxs İgG testi tətbiq edərsə, cavab neqativ olacaq. Bu səbəbdən yoluxma şübhəsi olan şəxslər İgG testi neqativ çıxdığı təqdirdə, PZR testini də etdirməlidirlər.
Zümrüd
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







