Sağlamlıq
Professor seroloji testlərin əhəmiyyətindən DANIŞDI
Yeni növ koronavirusun peyda olmasından sonra dünyanın virusoloqları xəstələrin diaqnozu üçün müxtəlif metodlardan istifadə etməyə davam edir. Qısa müddətdə xəstəliyin araşdırılmasında effektiv üsullardan biri də seroloji testlərin aparılmasıdır.
Publika.az xəbər verir ki, alimlər seroloji testlərin bir çox cəhətdən üstün olduğunu qeyd edir. Bu testlər müayinə olunan şəxsin xəstə insanlarla təmasda olub-olmadığını və özünün yoluxub-yoluxmadığını müəyyən etmək üçün barmaqdan və ya damardan qan götürərək aparılır.
Digər testlərdən fərqli olaraq, seroloji testlər simptomlardan asılı olmayaraq, antikorların aşkarlanmasına yönəldilir və bir insanın xəstəliyə qarşı immunitetini qiymətləndirməyə kömək edir. Yəni PZR testləri tərəfindən təyin edilə bilməyən həm aktiv xəstə, həm də artıq sağalmış xəstələr, həmçinin koronavirusun asimptomatik daşıyıcıları öyrənilir.
Seroloji testlərin üstünlüklərindən bəhs edən professor Adil Qeybulla qeyd edib ki, tədqiqat və immunitet qazanılma səviyyəsini öyrənmək üçün onlar əhəmiyyət daşıyacaq.
“Seroloji testlər qanda immunoqlobinləri təyin etməyə imkan verir. Müəyyən bir xəstəliyin gedişi ilə bağlı vəziyyətin öyrənilməsi baxımdan əhəmiyyət kəsb edir. Postpandemik dövrdə bədəndə antikorların, əks cinslərin təyininə önəm vermək lazımdır. Hazırda diaqnostik olaraq orqanizmdə hansı prosesin getməsi, hansı mərhələdə olması baxımından bu testin əhəmiyyəti var. Odur ki, özəl klinikalarda və laboratoriyalarda seroloji testlərin həyata keçirilməsinə başlanıb. Artıq xəstələr tibbi prosedur olaraq bu üsullarla orqanizmdə COVID olması və hansı mərhələdə keçirdiyini öyrənə biləcək. Epidemik mənzərə fonunda həkimlər üçün xüsusilə əhəmiyyət kəsb edir”.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva çox qısa müddətdə xüsusən əhali arasında COVID-19 xəstəliyinə qarşı inkişaf etmiş immunitetin yoxlanılması işlər aparılacağını açıqlamışdı:
“Bizi xüsusən mart ayından sonrakı dönəmdə xəstəliyə yoluxmuş və sağalmış vətəndaşlarda inkişaf etmiş immunitet çox ciddi şəkildə maraqlandırır. Eyni zamanda, belə bir elmi araşdırmalar aparılır ki, ölkə ərazisində noyabr-dekabr aylarında da bu xəstəliyə yoluxan və keçirən olubmu? ÜST-ün dəstəyi ilə tez müddətdə bu cür seroloji araşdırma aparılacaq”.
Aytən Məftun
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR











.jpg)

.jpg)
























