Sağlamlıq
Seroloji testlər immunitet səviyyəsini müəyyənləşdirmək üçün aparılır - İnfeksionist
“Qızılca və suçiçəyi kimi uşaqlıqda keçirdiyimiz xəstəliklərə qarşı bədənimizdə antikorlar dediyimiz əks cismlər yaranır. Koronavirusa yoluxan xəstələrin də bədənlərində antikorlar sintez olunmalıdır. Seroloji testlər insan bədənində əmələ gələn antikorların və immunitetin səviyyəsini müəyyənləşdirmək üçün aparılır”.
Publika.az xəbər verir ki, bu sözləri həkim-infeksionist Fərrux Sədirov seroloji testlərin əhəmiyyətindən danışarkən deyib.
“Seroloji testlərin toplumda rolu ondan ibarətdir ki, xəstəliklə qarşılaşma faizini müəyyənləşdirməyə kömək edir. Məsələn, hər hansı bölgədə suçiçəyi və ya qızılca pandemiyası yaşanıbsa, sonrakı mərhələdə bölgə əhalisinin neçə faizində xəstəliyə qarşı immunitet formalaşdığını bu testlər sayəsində öyrənə bilirik.
Tibbi baxımdan peyvəndləşdirmə mexanizminin genişləndirilməsi, üstəlik, yoluxma ola biləcək bölgələrin proqnozlaşdırılması seroloji testlərin əhəmiyyətli istiqamətləridir. Deyək ki, COVID-19-la bağlı cənub bölgəsində testlərin skrininqini həyata keçirdik. Cavablar sayəsində müəyyənləşdirə bildik ki, bu bölgədə əhalinin 80 faizinin bədənində əks cism var, ya yox. Bu da o deməkdir ki, bu bölgənin başqa yerdən gələn insanları yoluxdurma ehtimalı çox-çox azalıb, daha təhlükəsiz bölgəyə çevrilib”, - həkim bildirib.
Aytən Məftun
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







