Sağlamlıq
Virusa qarşı immunitetimiz nə qədər davam edəcək? - İnfeksionist açıqladı
“Seroloji testlər könüllülük prinsipi üzərində həyata keçirilir. Bu testlərin həyata keçirilməsində məqsəd insanların daha əvvəl virusa yoluxub-yoluxmadığını öyrənməkdən ibarətdir. Virusa yoluxmuş insanların bədənində antikorlar yaranır ki, bu da müvəqqəti immunitetin formalaşmasını təmin edir”.
Publika.az xəbər verir ki, bu sözləri infeksion xəstəliklər üzrə mütəxəssis Vasif Əliyev Azərbaycanda SARS-CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planının hazırlanması haqqında danışarkən deyib.
“İnsanların çoxu COVID-19-u yüngül və ya asimptomatik keçirdiyindən bədənində antikorların yaranıb-yaranmamasını bir müddət sonra qan təhlili nəticəsində öyrənmək olar. Testlərin aparılmasının mahiyyəti əhalinin neçə faizində koronavirusa qarşı immunitetin qazanıldığını müəyyənləşdirməkdən ibarətdir.

Payız aylarında, növbəti dalğalarda insanda virusa qarşı immunitetin nə qədər davam edəcəyi hər kəsi maraqlandıran sualdır. Odur ki, seroloji testlər bu suallara cavab tapmaq üçün əhəmiyyət kəsb edir. Testlərin hər hansı təhlükəsi yoxdur, qan analizi ilə öyrənilir. Üstəlik tam olaraq dövlət hesabına maliyyələşdirilir. Vətəndaş heç bir ödəmə etmədən testin nəticələrini öyrənə biləcək.
İnsanlar tibbi layihənin mahiyyətini dəqiq qavradıqdan sonra bu testlərə olan maraq da artacaq. Hazırkı mərhələdə insan özü müraciət edə bilməz, virusun sonrakı mərhələlərinə əhalinin nə qədər hazırlıqlı və qoruyuculuğunun olub-olmadığını öyrənmək üçün təsadüfi insanlar seçilir. Testlər Avropa istehsalıdır və yüksək keyfiyyətə sahibdir. Bu baxımdan güvənlidir”, - həkim vurğulayıb.
Aytən Məftun
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm












.jpg)
.jpg)



















.png)




