Sağlamlıq
Çinli professordan QORXUNC proqnoz: “Koronavirusa qarşı “sehrli preparat” hazırlamaq mümkün deyil”
Koronavirus infeksiyası ilə mübarizədə universal müalicə vasitələrinə deyil, xəstələrin müalicəsi üçün inkişaf etmiş strategiyalara etibar etmək daha yaxşıdır.
Publika.az xəbər verir ki, bunu ÇXR-nin Tənəffüs Xəstəlikləri üzrə Milli Tədqiqat Mərkəzinin rəhbərinin müavini professor Cao Bin deyib.
“Həmkarlarım və mən bir növ sehrli həb hazırlamaq istədik, amma koronavirus haqqında daha çox məlumat topladıqdan sonra etiraf etməliyəm ki, belə bir dərman əldə etmək bizim üçün çox çətin olacaq” , - professor CNA kanalına verdiyi açıqlamada deyib.
Nümunə olaraq, o, koronaviruslu xəstələrin təkcə ağırlaşmaları deyil, eyni müalicə kursunun əks təsirlərin də tamamilə fərqli olduğu halları göstərib. Onun sözlərinə görə, universal dərman hazırlamaq mümkün olmadığından hər bir konkret yoluxmanın fərdiliyinə diqqət yetirmək və mümkün qədər çalışmaq lazımdır.
Nəşr qeyd edir ki, Cao Bin Çində xəstəlik başlayanda koronavirusla mübarizənin mərkəzində olub. Sonra Pekindən Vuhana köçüb və dünyada ilk olaraq HİV-ə yoluxanların müalicəsi üçün infeksiyaya qarşı antiretrovirus dərmanlardan istifadə edib.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)
