Sağlamlıq
Peyvənd tətbiq olunana qədər başqa yolumuz yoxdur – İnfeksionist
“Yumşalmalar insanlarda virusun tamamilə yox olması düşüncəsinə səbəb olur. Amma bu, reallıqda belə deyil. Görürük ki, yumşalmalar sonrası bir müddət dalğalanma olur və yoluxmada artım müşahidə olunur. Yumşalma olsa da, olmasa da insanlar sosial məsafəni gözləməli, maskadan istifadə etməli və əl gigiyenasına əməl etməlidir”.
Bu fikirləri Publika.az-a danışan Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
O qeyd edib ki, bu qaydalara riayət etmədiyimiz müddət ərzində virusu nəzarət altına almaq mümkün olmayacaq və yoluxma sayı azalmayacaq: “Pandemiyanın nə qədər müddət davam edəcəyi haqqında dəqiq fikirlər yoxdur, fərqli fikirlər səsləndirilir. Bunun tək yolu qorunmaqdır. Hər yer açılsa belə, biz bu qaydalara mütləq şəkildə əməl etməliyik. Belə olduğu halda yoluxmalar yalnız çox az arta bilər. Payız və qış fəslində respirator xəstəliklər baş qaldırır. Bu zaman risk daha da artır. Sadaladığım qorunma tədbirləri insanları digər respirator xəstəliklərdən də qoruyacaq. Dəfələrlə demək lazım olsa da bu, bizi tənəffüs yolu ilə yoluxan bütün xəstəliklərdən qoruyacaq. Hətta əl yumaq bütün infeksion xəstəliklərin 50 faizindən qoruyur”.
F.Sədirovun sözlərinə görə, istər qış, istərsə də yay fəslində qaydalara əməl edəcəyimiz təqdirdə virus artmayacaq və getdikcə kollektiv immunitet formalaşacaq: “Qışda yoluxmanın artma ehtimalı yüksəkdir. Çünki koronavirus yüksək temperaturda inaktivasiya olmayan virus tiplərindəndir. Səudiyyə Ərəbistanında və Afrika ölkələrində də pandemiya var. Güclü isti hava belə virusu azaltmır. Soyuğun təsiri ilə də virus artmır. Əslində, havalar soyuduqca insanlar qapalı məkanlarda daha çox vaxt keçirməyə başlayacaqlar. Belə olduqda isə yoluxma ehtimalı artacaq. Virusun özünün aktivliyi deyil, insanlar arasındakı məsafə azaldığı üçün yoluxmanın artma ehtimalı yüksəkdir. Məsafənin gözlənilməsi hələ ki, çıxış yoludur. Peyvəndlərlə bağlı danışıqlar aparılır, tədqiqatlar hələ tam olaraq tamamlanmayıb. Peyvənd tam şəkildə ölkədə tətbiq olunana qədər bundan başqa yolumuz yoxdur”.
Akqabay Mıradov
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
