Sağlamlıq
Peyvəndin tərkibində alüminium və civə varmı? - VİDEO
TƏBİB-in eksperti, infeksionist Nəzrin Mustafayeva mövsümi qrip virusu ilə bağlı məsləhətlər verib.
Publika.az xəbər verir ki, həkim kəskin respirator xəstəliklərin payız-qış aylarında baş qaldırdığını deyib.
“Kəskin respirator xəstəliklər törədən, bir-birinə oxşar əlamətlərlə seyr edilən xəstəliklərə səbəb olan infeksiyalar çoxdur. Bunlar arasında ən təhlükəlisi qrip adlandırılan influenza virusudur. Lakin bu virusun qarşısını almaq üçün əlimizdə peyvəndlər var. Peyvəndlənmə statistikasına baxdıqda, Avropa ölkələrində əhalinin peyvəndlənməsi 50 faizə, İngiltərədə bu rəqəm 40-50 faizə, ABŞ ştatlarında isə 60-70 faizə bərabərdir.
Koronavirus pandemiyasının hələ də dünyada davam etdiyi dövrdə respirator infeksiyalar əlavə olunarsa, bu, o xəstəliyin gedişatının ikiqat ağırlaşmasına səbəb ola bilər. Odur ki, hər kəs peyvənd vurdurmalıdır”, - infeksionist bildirib.
Həkim peyvəndlərin tərkibində civə və alüminium kimi ağır metalların olması barədə yayılan məlumatlara da aydınlıq gətirib:
“Qrip peyvəndinin tərkibində nə civə, nə də alüminium var. Əgər olarsa, bu, peyvəndin sterilliyini təmin etmək üçündür və çox cüzi miqdardadır. Digər qidalardan qəbul etdiyimiz alüminium və civənin miqdarı peyvənddə olan miqdardan qat-qat yüksəkdir”.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







