Sağlamlıq
TƏBİB-in ekspertindən SOS: “Soyuqdan xəstəlik yaranmaz, amma...”
Ölkə olaraq çətin günlərdən keçirik. Bu hadisələrdə bildiyimiz kimi, səhiyyə sisteminin də böyük rolu, üzərinə düşən ağır yük və məsuliyyəti var. Aylardır COVID-19 infeksiyası ilə mübarizədə bir sıra çətinliklərimiz, uğurlarımız, itkilərimiz oldu. Lakin biz fevral-mart ayında deyilik artıq, koronavirus ilə tanışlığımızdan 1 ilə yaxın vaxt keçib.
Bu sözləri Publika.az-a açıqlamasında TƏBİB-in eksperti, infeksionist Nəzrin Mustafayeva deyib. O bildirib ki, həkimlər mart ayında karantin elan olunanda insanlara qoruyucu tədbirlər aşılananda, onları xəstəlikdən qorunmağa çağıranda bir çox çətinliklərlə qarşılaşıblar:
“Biz tibb işçiləriyik, özümüzə belə adaptasiya dövrü çətin oldu, o ki qaldı, qeyri-tibb sahəsinin insanları. Amma düşünürəm ki, kifayət qədər zaman keçib və hamımız öz üzərimizə düşəni, edəcəyimiz tədbirləri bilirik artıq. Mən vətəndaş olaraq qorunmalıyam, maskamı taxmalıyam, həkim olaraq müalicə ilə məşğul olmalıyam, yenilikləri izləməliyəm və s.
Səhiyyə ocaqlarımız, həkimlərimiz, tibb personalımız 2 ciddi sınaqla üz-üzə qalıb. Bir tərəfdən sayları artmaqda olan koronavirus xəstələrinin müalicəsi, digər tərəfdən yaralı hərbçilərin müalicəsi. Bizim bu sınaqlardan az itkilərlə çıxmağımız üçün əhalinin də diqqətli davranmasına, bütün bu sadaladıqlarımı nəzərə almasına və anlayışla qarşılamasına ehtiyacımız var. Bizə onlarla müraciətlər olur, könüllü xidmət etmək istəyənlər olur, həm yaralılara, həm də koronavirus xəstələrinə. Xəstəlikdən özünüzü qorumaqla ən böyük xidməti göstərmiş olarsınız”.
Ekspertin sözlərinə görə, yoluxma sayı artmaqda davam edəcək:
“Bunu hələ payız fəslinin əvvəlindən ehtimal edirdik, gözləmədiyimiz vəziyyət deyil, daha da artma ehtimalı var. Səbəblər də artıq hamıya bəllidir, havaların soyuması, qapalı məkanlarda insanların daha çox vaxt keçirməsi, iş yerlərinin açılması və s. Bizim insanımız da hər zaman soyuqdan özünü qoruyan olub, xəstəliklərin soyuqla əlaqəsinin olduğuna ciddi inanmışıq və bunun nəticəsi olaraq təəssüf ki, olduğumuz məkanları soyuq aylarda daha az havalandırırıq. Soyuqdan xəstəlik yaranmaz, amma qapalı mühitdə, havası mütəmadi dəyişilməyən, dolayısı ilə havadakı patogen mikrobların sayı artmış otaqda uzun müddət qalmaqdan xəstəlik yarana bilər”.
Aytən Məftun
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







