Sağlamlıq
Professor açıqladı - Normal həyata qayıdış nə zaman olacaq?
Yolxumanın qarşısını almağın yolları karantin davranışlarına nəzarət və sərt məhdudiyyətlərin tətbiq olunmasıdır. Ox yaydan çıxanda və buna nəzarət etmək mümkün olmadıqda, daha sərt tədbirlər görülə bilər.
Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
Professor bldirib ki, insanlar bu təhlükəli situasiyanın fərqində olmalıdır: “Çünki biz müharibə edən bir ölkəyik. Virusun ön cəbhəyə keçməsinin qarşısını hər vəhclə almalıyıq. Odur ki, karantin davranışlarına ciddi əməl olunmalıdır. Qapalı mühitlərdə, marketlərdə bərbad vəziyyət hökm sürür. İnsanlar təəssüflər olsun ki, karantin davranışlarını gözləmirlər. Bütün bunlar əlbəttə ki, yoluxmaya səbəb olur. Əslində, pandemiyanı uzadan bizim laqeyd davranışlarımız oldu. Necə oldu ki, Çində bunu lokallaşdıra bildilər, amma digər ölkələrdə mümkün olmadı. Deməli, karantin qaydalarının pozulması oldu ki, bu qədər uzandı. Sərt karantin tədbirləri görülməsə, yoluxma sayının artması davam edəcək. Bu artım tək Azərbaycanda deyil, düyada mövcudur”.
Tibbi ekspertin sözlərinə görə, virusun tsikli bir ilə yaxındır: “Bu da ilin sonuna - dekabrın sonlarına və ya yanvarın əvvələrinə təsadüf edir. Bəzi proqnozlara əsasən, bir ildən sonra tədricən normal həyata qayıtmaq mümkün olacaq. Lakin belə tezliklə normal həyata qayıdış real səslənmir”.
Həkim onu da qeyd edib ki, pandemiyanın əvvəlindən bu günə qədər yeni növ koronavirus pandemiyasının müalicə protokollarında bir neçə dəyişiklik nəzərə çarpır: “Müalicə protokollarında dəyişiklik ondan ibarətdir ki, hazırda heç bir antibiotik və antiviral dərmanlar COVID-19-da istifadə olunmur. İkincisi odur ki, ÜST preparatların içində "deksametozun"u hər hansı formada effektiv hesab edir. Amma bu, o demək deyil ki, insanlar heç bir həkim resepti olmadan bu dərmanı alıb qəbul edə bilərlər. Müalicə yalnız həkim nəzarətində təyin olunmalıdır.
Azərbaycan kimi ölkədə kütləvi immunitetin yaranmasından da danışmaq asan məsələ deyil. Çünki əhalinin sıxlığı fərqlidir. Abşeron yarımadasından danışmaq olar, lakin bunun üçün əhalinin 70 faizi xəstələnsin gərək ki, kütləvi immunitet yaransın. Yolxuma ilə bağlı statistika tam bəlli deyil və reallığı əks etdirmir. Çünki insanların çoxu evdə müalicə olur, xəstələndiyini bildirmir”.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)
