Sağlamlıq
İnfeksionist - Bu zaman xəstəliyi yüngül keçirmək şansınız artır
Ehtiyatı əldən verməməliyik! Maska, sosial məsafə və əl gigiyenası sizi COVID-19 və digər tənəffüs yolu ilə yoluxan xəstəliklərdən qoruyur. Bu qaydalara riayət etdiyiniz halda COVID-19-a yoluxsanız belə aldığınız virus miqdarı az olduğu üçün xəstəliyi simptomsuz və ya yüngül keçirmək şansınız artır.
Publika.az xəbər verir ki, bu sözləri İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr.Fərrux Sədirov deyib.
Həkim bildirib ki, koronavirus infeksiyasına yoluxma sayının artmasının səbəbi karantin qaydalarının yumşaldılması olub:

“İkinci bir səbəbi beyinlərdə olan “yumşaldılmadır”. İnsanlar xəstəliyin ciddiyyətini nəzərə almadıqca və bu minvalla hərəkət etməyə davam etdikcə, yoluxma sayı artacaq. Zaman keçdikcə insan həyat şərtlərinə alışır və onu diqqətə almamağa başlayır. Amma karatin rejiminin yumşaldılması insanlarda arxayınlığa səbəb olmamalıdır.
Bu gün yoluxma faktoru artan ölkələrdə belə karantin qaydalarında ciddi bir dəyişiklik olmayıb. Əhalinin bir hissəsi artıq xəstələnib və virusa qarşı immunitet qazanıb. Lakin karantin qaydaları müəyyən qədər yumşaldıldığı üçün insanlar elə düşündü ki, yoluxma riski azalıb. Bu faktorlar da yenidən yoluxmanın artmasına gətirib çıxarır.
Səhiyyə və qeyri-səhiyyə qurumlarının bu işdə göstərdiyi səylərin uğurlu olması üçün vətəndaşların özünün də bu qaydalara mütləq şəkildə əməl etməsi lazımdır. Yoluxma zəncirvaridir, bir nəfərlə kifayətlənmir, odur ki, son dərəcə diqqətli olun”.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





