Sağlamlıq
Koronavirus xəstələrində qeyri-adi simptom aşkarlandı
Koronavirus infeksiyasının əlamətlərindən biri də qulaq tıxanmasıdır.
Publika.az “kp.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və Analitik İşlər üzrə direktor müavini Natalya Pşeniçnaya türkiyəli alimlərin araşdırmasına istinad edərək məlumat verib.
“Qulaq tıxanması COVID-19-un nadir simptomu deyil. Qulaq tıxanması xəstəliyin yüngül forması olan xəstələrin təxminən 12%-də qeydə alınıb, bu simptom xəstəliyi orta və ağır keçirənlərin təxminən 3%-də tapılıb”, - rusiyalı ekspert qeyd edib.
Onun sözlərinə görə, qulaq tıxanması kəskin respirator xəstəliklərdə baş verə bilər. Ekspert qeyd edib ki, narahatlıq bir neçə gün ərzində keçməzsə, qulaq-burun-boğaz həkiminə müraciət etməlisiniz. Uzun müddət qulaq tıxanması ciddi fəsadlara səbəb ola bilər - meningit, ensefalit və beyin absesi.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)