Sağlamlıq
Koronavirus müalicəsində əsas SƏHVLƏR - Qanaxma ilə nəticələnir
71 saylı Moskva xəstəxanasının baş həkimi Aleksandr Myasnikov koronavirusa yoluxan xəstələrin evdə özlərini müalicə edərkən yol verdiyi səhvləri açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim xüsusi dərmanların, xüsusən də xlorokinin yalnız bir həkim təyin etdiyi təqdirdə istifadə edilə biləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, Covid-19 antibiotiklərlə müalicə olunmamalıdır. İnfeksiyaya qarşı mübarizədə bu dərman qrupu kömək edə bilməz, xəstənin müqavimət göstərməsi ehtimalı böyük olduğundan, bu, gələcəkdə problemlərə yol aça bilər:
“Qan durulaşdırıcı dərmanları qəbul etməməlisiniz - bunlar yalnız vəziyyəti ağır kimi qiymətləndirilən az sayda yoluxmuş insanlara həkim nəzarəti ilə təyin olunur. Bu dərmanları alaraq evdə özünə iynə vuran insanlar artıq xəstəxanalara kovid diaqnozu ilə deyil, beyin qanamaları və ya mədə-bağırsaq qanamaları ilə müraciət edirlər”, - Myasnikov Telegram kanalındakı bir mesajında izah edib.
Sonda o, parasetamolun hərarəti azaltmağa kömək edəcəyini, interferon, sink preparatları ilə birlikdə C və D vitaminlərinin də köməkçi maddə olaraq istifadə edilə biləcəyini söyləyib.
Aytən Məftun
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
