Sağlamlıq
ÜST rəsmisindən XƏBƏRDARLIQ - Koronavirusdan daha təhlükəli...
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri antibiotiklərin və antiviral dərmanların nəzarətsiz qəbulu səbəbindən yeni pandemiyanın yaranması barədə xəbərdarlıq edib. Bildirilib ki, bu, koronavirus epidemiyasından daha təhlükəli vəziyyətə səbəb olacaq.
Publika.az xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç “İzvestiya MİK”də keçirdiyi mətbuat konfransında danışıb.
“Antibiotikləri diqqətlə və həkim təyini ilə qəbul etmək lazımdır. Həkimlər də öz növbəsində antibiotiklərə ciddi ehtiyac olduğu halda xəstəyə bu dərmanı təyin etməlidir. Əks halda daha ciddi fəsadlara gətirib çıxara bilər. Bu, antibiotik və antiviral dərmana davamlı mikroorqanizmlərin bir pandemiyasıdır”, - həkim qeyd edib.
Vuynoviçə görə, hadisələrin belə inkişafı ilə yoluxucu xəstəliklərin müalicəsində ediləcək bir üsul qalmayacaq, çünki bədən antibiotiklərə artıq təsirsiz qalacaq.
“Anlamaq vacibdir ki, koronavirus həm həkimlər, həm də cəmiyyət tərəfindən yoluxucu xəstəliklərə dair fikirlərə yenidən baxmağa təkan verdi”, - ÜST təmsilçisi yekunda bildirib.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)