Sağlamlıq
Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq
Türkiyə Koronavirus Epidemiyası Elmi Komitəsinin üzvü, professor Ateş Kara COVID-19-la bağlı dünyada tətbiq olunan karantin qaydalarının yay aylarında nisbətən yumşalacağını deyib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professorun sözlərinə görə, vaksinasiya sayəsində mart və aprel aylarında koronavirus xəstələrinin sayı azalmağa doğru gedəcək, xəstəxanaların yükü azalacaq.
“Yay aylarında ümumi rahatlaşma ola bilər, amma virusun mövsümi xüsusiyyət qazanma ehtimalını nəzərə alaraq növbəti qışa hazır olmalıyıq. Artıq risk qrupunda olan yaşlı insanlar da peyvənd qəbul edir. Bu, çox böyük bir avantajdır, xəstəxanada müalicə alan xəstə sayını önəmli ölçüdə azaldacaq. 3-cü alovlanmanın olması və yoluxma sayının yenidən pik həddə çatması mutasiya olunmuş virusun şəhərlərə yayılmasından asılı olaraq dəyişəcək. Buradakı ən önəmli nöqtə peyvəndlərin davamlı olaraq vurulmasıdır. Türkiyənin peyvənd istehsal etməsi də üstünlükdür. Əgər vaksinasiya prosesi planlaşdırıldığı qaydada davam edərsə, çox ciddi uğur əldə ediləcək”.
Ekspertin sözlərinə görə, mutant virus sürətlə yoluxma xüsusiyyətlərinə sahib olduğundan kütləvi immunitetin yaranması üçün əhalinin 60 deyil, 70-80 faizində antitellər yaranmalıdır.
“Hər vaksin vurduran insan qorunmur. Peyvəndin təsir müddəti 6-7 aydır. Bu müddət virusa yoluxsanız da, xəstəliyi ağır keçirməyəcəksiniz, xəstəxanada yatma ehtimalı olduqca aşağıdır”.
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


