Sağlamlıq
Vaksinasiyanın effektini nə zaman görmək mümkün olacaq? - Həkim açıqladı
“İsraildə əhalinin 60 faizinin artıq vaksinasiya olunduğu yazılır. Bildirilir ki, bu səbəbdən ölkədə yoluxma sayı həddən artıq azalıb. Hesab edirəm ki, bizdə də belə bir effekt almaq mümkün olacaq. Peyvəndlənmənin daha yüksək tempdə aparılması istənilən nəticəyə daha tez çatmağa imkan verə bilər”.
Bu sözləri Publika.az-a açıqlamasında həkim mama-ginekoloq Zeynəb Kərimova deyib. Həkim qeyd edib ki, vaksinasiya pandemiyanın zəifləməsinə dair böyük ümidlər vəd edir:
“Əhali arasında vaksinə dair narahatlıq müşahidə olunur. Bu qorxunun ciddi əsası yoxdur, sosial şəbəkələrdə yayılan dezinformasiyalara aldanmayın. Vaksinlərin yazıldığı kimi fəsadları yoxdur. Peyvəndlənmə pandemiya ilə mübarizənin ən yaxşı üsuludur. “Sinovac” innoaktiv peyvənddir, onun xəstəlik yaratmaq xüsusiyyəti və ehtimalından söhbət gedə bilməz. Çünki burada virus innoaktivləşdirilmiş formadadır, yəni ölü viruslardır. Əhalinin heç olmasa 50-60 faizi vaksinasiya olunduqdan sonra effektlərini görməyə başlayacağıq. Qorxutmaq istəmirəm, lakin ehtimal olunur ki, COVID-19 mövsümi xəstəliyə çevriləcək. Bu halda yoluxma sayı artarsa, vaksinasiyanın yenidən təkrarlanması lazım gələ bilər.
Virusa yoluxan insanlara vaksin vurulması tövsiyə olunmur, çünki müəyyən müddət sonra qanda immunoqlobulinlər meydana gəlir. Bəzi insanlarda isə virusa qarşı immunitet yaranmaya bilər, bu halda o insanlara vaksin təyin edilə bilər”.
Z.Kərimova bildirib ki, hamilələr və yeni doğulan uşaqlar arasında yoluxma halları olduqca azdır:
“Bu, statistikada ayrıca qeyd olunmasa da, təcrübəmdə bu günə qədər koronavirusa yoluxmuş sadəcə bir hamilə xanım olub. O da xəstəliyi çox yüngül keçirib. Bilirəm ki, yeni doğulmuş körpələr arasında da virusa yoluxma halları var, lakin şəxsi təcrübəmdə rast gəlinməyib”.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)
