Sağlamlıq
Bu əlamətləriniz varsa, dərhal endokrinoloqa müraciət edin!
Yod çatışmazlığınız varsa, bunu 5 simptomla müəyyənləşdirə bilərsiniz.
Publika.az xəbər verir ki, boğazın şişməsi, çəki artımı, yorğunluğun artması, saç tökülməsi, dəri quruluğu və tökülməsi bədəndə yod çatışmazlığının göstəricisi ola bilər.
Yod çatışmazlığını göstərə biləcək əlavə simptomları isə aşağıdakılardır:
Qadınlarda menstruasiya pozuntuları
Çox və ya tam əksinə, az və nizamsız periodlar tiroid hormonlarının ifrazının pozulması da daxil olmaqla, müxtəlif problemlərin nəticəsi ola bilər. Bu hormonlar menstruasiya dövrünün bağlı olduğu cinsi hormonlara təsir edir.
Soyuğa qarşı həssaslıq artımı
Davamlı üşüyürsünüzsə, bu da tiroid hormonlarında problem olduğunu göstərə bilər. Yod çatışmazlığı maddələr mübadiləsini ləngidir, bu da soyuğa həssaslığı artırır. Bundan əlavə, tiroid hormonları bədənimizi “istiləşdirməkdə” mühüm rol oynayan qəhvəyi yağ toxumasının fəaliyyətinə təsir göstərir.
Daha az tərləmək
Tiroid hormonları tərləmə tənzimlənməsinə də təsir edir və ifraz azalırsa, bu, tərləmənin azalmasına səbəb olur. Birdən-birdən daha az tərləsəniz, bu, yod çatışmazlığının əlaməti ola bilər.
Yaddaş problemləri
1000-dən çox yetkin könüllü üzərində aparılan araşdırma normal tiroid hormonu səviyyəsinə sahib insanların tiroid səviyyəsinin aşağı olanlardan daha yaxşı öyrəndiyini və yaddaş problemi ilə qarşılaşma ehtimalının daha az olduğunu ortaya qoyub. Bu hormonlarla bağlı problemlər insanın diqqətini yayındırır və unutqan edir.
Çətin hamiləlik
Hamilə qadınlar tez-tez zəiflik, yorğunluq və üşütmə kimi simptomlarla özünü göstərə bilən yod çatışmazlığı problemi ilə qarşılaşırlar. Endokrinoloqdan vaxtında məsləhət almaq çox vacibdir, çünki doğuşdan sonra yod çatışmazlığı körpəyə mənfi təsir edə bilər, çünki körpələr ana südü ilə birgə yod qəbul edir. Bundan əlavə, yod çatışmazlığının ölü doğuş riskini əhəmiyyətli dərəcədə artırdığı bildirilib.
Zümrüd
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


