Sağlamlıq
Dünya şöhrətli həkimdən koronavirusa qarşı çay tövsiyəsi - VİDEO
Video əlavə olunub.
xxx
“Allergiyanın həlli” kitabının müəllifi, amerikalı həkim Leo Qalland qara çayın tərkibində tapılan bəzi maddələrin virusun çoxalmasını əngəllədiyini bildirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çayın faydalı xüsusiyyətlərindən danışan həkim koronavirusdan qorunmaq üçün çay içməyi təklif edib.
“COVID-19 insanın sadəcə immuniteti ilə deyil, metabolizm ilə də bağlı bir xəstəlikdir. Elə bu səbəbdən şəkər xəstələri və həddən artıq kök insanlar böyük risk altındadır. Odur ki, metabolizmi yaxşılaşdıran qidalanma xəstəliklərdən müdafiənin əsas şərtidir. Xüsusilə sink çox önəmlidir. Bunun bağlı sübutlar var. Meyvə, tərəvəz, bitki və ədviyyatlarda olan bioflavonoidlər bədənin virusa verdiyi reaksiyaya önəmli ölçüdə təsir edir. Qabıqlı çərəzlər, toxum, tərəvəz, balıq və dəniz məhsullarından ibarət qidalanma rejiminə keçin”, - həkim qeyd edib.
Ekspert qara çayda olan bəzi maddələrin virusun çoxalmasının qarşısını aldığını deyib:
“Çay südlə içilməməlidir, çünki süd ehtiyacımız olan maddələrin sorulmasına mane olur. Çayı olduğu kimi içmək lazımdır. Melatoninin faydalı olduğuna dair bəzi dəlillər var. Melatonin əlavələri qəbul edən insanların COVID-19-u ağır keçirmək və ya virusa yoluxmaq ehtimalı azdır. Bu, yəqin ki, melatoninin immuniteti artıran və iltihab əleyhinə təsirindən qaynaqlanır”.
Həkim onu da əlavə edib ki, peyvəndlərin effekti bir müddət sonra özünü göstərməyə başlayacaq:
“Koronavirus peyvəndlərinin böyük bir fərq yaradacağını düşünürəm. Lakin bu proses bir qədər uzun çəkəcək. Məni narahat edən məsələ odur ki, peyvənd istehsalı bir yarışa çevrilib. Bu səbəbdən də virusun təsirini azaltmağa, yoluxuculuğu əngəlləməyə yardım edən təbii məhsullar axtarışına çıxdım. Məhsulların çoxunu kliniki sınaqlarda istifadə etdim, əldə olunan nəticələrdən razıyam. Qara çörək otunun, sarıkökün faydalı xüsusiyyətləri çoxdur, qara üzümdə olan resveratrolu sınamağa dəyər. Bunların hamısında antiinflamatuar və antiviral xüsusiyyətlər var və qoruyucu özəlliklərə malikdir.
Vaksinlər insanların xəstəliyi ağır keçirməsinin qarşısını alır. Ancaq bu vaksinlərin virusun yoluxuculuğuna təsirinin olub-olmadığını bilmirik. Növbəti aylarda yoluxuculuğa təsiri haqqında öyrənəcəyik. Təbii vasitələr isə bu mərhələnin önəmli hissəsidir”.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





