Sağlamlıq
Koronavirusla bağlı ŞOK SƏNƏD ÜZƏ ÇIXDI: Demə, mənşəyi... - VİDEO
Video əlavə olunub.
xxx
“Assoşieyted Press” Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun mənşəyini müəyyənləşdirmək üçün infeksiyanın ortaya çıxdığı Çinin Uhan şəhərində apardığı araşdırmanın nəticələri yer alan sənədi əldə edib. Sənədi Cenevrə mərkəzli diplomatın sızdırdığı iddia olunur.
Publika.az xəbər verir ki, ÜST-nin Uhandakı istintaqı çərçivəsində səlahiyyət verdiyi komandanın tapıntıları böyük ölçüdə gözlənilən kimi idi və bir çox sualı cavabsız qoyurdu.
Bütün dünyanın nəfəsini tutaraq gözlədiyi hesabatın yayımlanması dəfələrlə təxirə salındı və Çin pandemiyanın məsuliyyətini üzərinə götürməmək üçün nəticələri təhrif etməyə çalışıb-çalışmadığına dair suallar gündəmə gəldi.
Bir ÜST rəsmisi ötən həftənin sonlarında qarşıdakı həftədə hesabatın yayıma hazır olacağını açıqladı. “Assoşieyted Press” də məhz bu məqamda sənədi ələ keçirdiyini elan etdi. Hesabatın yayımlanmadan əvvəl dəyişdirilib-dəyişdirilməyəcəyi bəlli deyil. Diplomat yayımlanmadan əvvəl sənədi göstərmək səlahiyyəti olmadığı üçün şəxsiyyətinin açıqlanmasını istəmir.
Hesabatda 4 ssenari olduğu bildirilir. Bunlardan ən əhəmiyyətlisi koronavirusla yarasalardakı virus arasında başqa bir vasitənin olmasıdır. Virusun laboratoriyadan sızdırılması ehtimalı isə çox aşağı dəyərləndirilir.
Koronavirusa olduqca bənzər bir növün yarasalarda aşkarlandığı bildirilən sənəddə bu tapıntılar arasındakı təkamül məsafəsinin bir neçə on il olduğu, bu da yarasalarla COVID-19 arasında “itkin” halqa olduğu, bu halqanın başqa bir heyvan olma ehtimalının yüksəkliyi vurğulanıb.
Hesabatda qeyd edilib ki, yarasadan insana birbaşa yoluxma ehtimalı mövcuddur. Ehtimallar arasında virusun insanlara dondurulmuş qida vasitəsilə keçməsi də var, amma bu, aşağı dərəcədədir. Hesabat “soyuq zəncir” qida məhsullarının virusun uzun məsafələrdə yayılmasına səbəb ola biləcəyini, amma pandemiyaya təkan verə biləcəyindən şübhələnildiyini ortaya qoyub.
AP-nin dərc etdiyi sənəddə koronavirus pandemiyasının 2019-cu ilin dekabr ayında Uhandakı dəniz məhsulları bazarında başlayıb-başlamadığı mövzusunda dəqiq bilgi yer almayıb. Şəhərdə aşkarlanan yoluxmaların daha yüngül ola biləcəyi və bunun koronavirus ilə əvvəlki yoluxmalar arasında bağlantını təmin edə biləcəyi bildirilib.
Hesabat mətnində “bu səbəbdən pandemiyanın kökündə Huanan dəniz məhsulları bazarının rolu və ya virusun bazara necə girdiyi haqqında hazırda konkret nəticə əldə olunmur” ifadələri qeyd edilib.
AP hesabata istinad edərən panqolinlərdə koronavirusa olduqca bənzər viruslar tapıldığını bildirib və eyni zamanda, vizonların və pişiklərin virusa həssas olduğunu, daşıyıcı ola biləcəklərini vurğulayıb.
Diqqətçəkən məqamlardan biri isə koronavirusun insandan insana tənəffüs yolu infeksiyası olaraq başlama ehtimalının çox aşağı olması və bir çox mütəxəssisin bu mövzuda həmfikir olmasıdır.
Uhandakı araşdırmanı idarə edən ÜST mütəxəssisi Peter Ben Embarek verdiyi açıqlamada hesabatın son şəklini aldığını, tərcümələrin aparılmasından sonra növbəti bir neçə gün ərzində ictimaiyyətə açıqlanacağını deyib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bu ilin yanvar ayında koronavirusun mənşəyini müəyyənləşdirmək üçün Çinə getmiş və orada təxminən 1 ay boyunca analizlər aparmışdı.
Zümrüd
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...