Sağlamlıq
Koronavirus təhlükəsi bu halda aradan qalxacaq - Həkim
20 yaşdan yuxarı şəxslər arasında virusa yoluxanlar artmaqdadır. Hazırda ölkədə aktiv pandemiya şəraiti və ya yüksək yoluxma əmsalı davam edir. Sevindirici hal odur ki, qarşıdan yay gəlir, artıq vətəndaşlar qapalı məkanlarda nisbətən az toplaşacaqlar. Bu faktor COVID-19 infeksiyasının yayılmasının qarşısını alacaq.
Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in eksperti, həkim-infeksionist Nəzrin Mustafayeva deyib. Həkim qeyd edib ki, insanlar arasında kontakt nə qədər az olarsa, yoluxma ehtimalı bir o qədər azalar:
“İsti hava şəraiti məhz bunun üçün əlverişli fürsətdir, eyni zamanda vurğulamaq istərdim ki, vaksin olunmuş şəxslər də vaksin olunmamış şəxslər qədər xəstəliyə yoluxa bilərlər. Lakin vaksin olunanlar virusu daha yüngül keçirəcəklər, xəstəxanaya yerləşdirilməkdən qurtulmuş olacaqlar.

Vaksinasiyadan təxminən bir ay sonra bədəndə antikorlar formalaşır, ikinci dozadan sonra xəstəliyə qarşı immunitet yaranır. Vaksinasiyanın uğurla aparılması bizim kollektiv immunitetə çatmağımız yolunda çox mühüm addımdır. Dünyada pandemiyaya qarşı vaksinasiyadan uğurlu addım yoxdur. Odur ki, insanlar bu məsələdə tədbirli davranmalıdır. Əgər peyvənd olunanlarla yoluxanların sayı ümumi əhalinin 70-75 faizini təşkil edərsə, o zaman koronavirus təhlükəsinin sovuşacağı və bəzi məhdudiyyətlərin aradan qalxacağı ehtimal olunur”.
Aytən Məftun
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







