Sağlamlıq
Koronavirusa qarşı ən çox antikor bu şəxslərdədir
Tədqiqatlar nəticəsində məlum olub ki, koronavirusa qarşı ən çox antikor COVID-19 keçirən və sonra peyvənd vurduran insanlarda meydana gəlir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Kimyəvi Biologiya və Əsas Tibb İnstitutunun alimləri məlumat verib. İnstitutun Bərpa Fermentləri Laboratoriyasının kiçik elmi işçisi Anna Timofeyeva izah edib ki, bunun səbəbi əvvəlki xəstəlikdən sonra insan orqanizminin viral zülallarla artıq tanış olması və immunitet sisteminin daha güclü cavab verməsi ola bilər.
Tədqiqat zamanı iştirakçıların 4 qrupa bölündüyü qeyd edilib: koronavirus keçirənlər və sonra vaksin olunanlar, yalnız xəstələnənlər, yeni peyvənd olunanlar, COVID-19 keçirməyən və peyvənd olunmayanlar.
Alimlər qeyd ediblər ki, koronavirus infeksiyasının yüngül formasından sonra antikor sayının sürətlə azalması mümkündür və bu səbəbdən də peyvənd vurdurmaq mütləqdir.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)
