Sağlamlıq
Hindistan ştammından belə qorunun
COVID-19-un bir neçə mutasiya olunmuş versiyası var. Bunlardan da biri Hindistan ştammıdır və qısa müddətdə xeyli tələfata səbəb oldu. Onun əsas xüsusiyyətlərindən biri tez yayılmasıdır.
Bunu Publika.az-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

Həkim qeyd edib ki, bu virusun geniş yayılması ölüm hallarının artmasına təsir göstərir: “Hindistan ştammının bir sıra ölkələrdə uşaqlar arasında yayılması haqqında məlumatlar var. Türkiyədə də Hindistan ştammının yayılma faktı qeydə alınıb. Bizim ölkəmizə də gəlmə ehtimalı var. Çünki qonşu dövlətlərlə hava nəqliyyatı bərpa olunub. Yay fəslinin gəlməsilə insanlar istirahət üçün bu ölkələrə gedirlər”.
İnfeksionist vurğulayıb ki, Hindistan ştammından qorunmaq üçün xüsusi profilaktik tədbir yoxdur: “Maskadan istifadə olunmalı, təmizlik və ara məsafəsinə diqqət etmək lazımdır. Hindistan ştammı genetik cəhətdən COVID-19 virusuna bənzəyir. Bu virusun tərkibi müxtəlif zülallardan ibarətdir ki, onların birinin quruluşunun dəyişməsi mutasiyaya gətirib çıxarır. Ona görə də dünyada istifadə olunan peyvəndlər Hindistan ştammına da müəyyən qədər təsir edir”.
Rahib Ələsgərli
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
