Sağlamlıq
Şirniyyat həsrətindən necə qurtulmaq olar? - Ekspertdən 4 QIZIL MƏSLƏHƏT
Bir çox insanla çəkiləri çox olsa da, şirin qidalar yedikləri üçün arıqlaya bilmirlər. Bəs bu istəyi necə aradan qaldırmaq olar?
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, hindistanlı diyetoloq Rujuta Divekar bu barədə bəzi tövsiyələr verib.
Onun sözlərinə görə, ilk növbədə təbii aclığı ən çox psixoloji mənşəli qidaya olan keçici istəkdən ayırmağı öyrənmək lazımdır.
Bir çox hallarda insanlar xəyali bir aclıq üzündən şirniyyat yeyirlər və o anda doyurlar. Bunun qarşısını almaq üçün mütəxəssis bədəndəki maye səviyyəsini yaxından izləməyi və yaxşı yatmağı məsləhət görür.
Diyetoloq həmçinin bağırsaqdakı faydalı bakteriyaların böyüməsi üçün evdə hazırlanan turşulardan yeməyi tövsiyə edir. Bu da qanda qlükoza səviyyəsinin düzgün olmasına və şirniyyat istəklərinin azalmasına kömək edir.
Pəhriz üçün yaxşı bir əlavə paxlalı bitkilərdir. İnsanın daha uzun ömürlü olmasına kömək edir. Paxlalı bitkilərin tərkibində zəngin olan zülal və liflər insanların daha az şəkərə ehtiyac duymasına yardımçı olur.
Hüseyn
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər







































