Sağlamlıq
Alimlər koronavirusun uşaqlarda təhlükəli təsirlərinin səbəbini aşkarladı
Massaçusets və Harvard Tibb Məktəblərinin alimləri koronavirusun uşaq və yeniyetmələrə uzunmüddətli təsirindən və səbəblərindən söz açıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddət davam edən infeksiyanın ilk əlamətləri arasında yüksək hərarət, qarın ağrısı, qusma, ishal, ürək çatışmazlığı, şiddətli baş ağrısı və yorğunluq olduğu qeyd olunur. Mədə-bağırsaq traktının xəstəliklərinin azyaşlılar arasında daha az rast gəlinməsinə baxmayaraq, həkimlər bildirib ki, tamamilə istisna edilmir.
Bildirilib ki, koronovirus infeksiyasından iki və ya dörd həftə sonra çoxsistemli iltihab sindromunun (MIS-C) inkişaf riski yüksəkdir. O da öz növbəsində ürək-damar sisteminə və koronar arteriyalara zərər verir.
Alimlər səbəblərini öyrənmək üçün 100 uşağın iştirak etdiyi bir təcrübə aparıb. Beləliklə, MIS-C xəstələrində virusun bağırsaqlarda qaldığı ortaya çıxıb. Mədə-bağırsaq traktında olan SARS-CoV-2 hissəciklərinin qan dövranına daxil olduğu, bədəndə MIS-C üçün xarakterik olan bir immun reaksiyaya təkan verdiyi müəyyən edilib.
Mütəxəssislər qeyd edib ki, bu, qandakı MIS-C viral hissəciklərinin hiperinflamatuar reaksiya ilə üst-üstə düşdüyünü göstərən ilk işdir.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)