Sağlamlıq
Koronavirus müalicəsində yol verilən CİDDİ SƏHV: “Təəssüf ki, bəzi həkimlər...”
Evdə müalicə alan Covid xəstələrinin qızdırması qalxan kimi insanlar təşvişə düşür. Özbaşlarına sistem qoşurlar. Həkimdən də yaxşı antibiotik yazmasını xahiş edirlər, o yazmayanda da təyinata bəzən özbaşına əlavələr edirlər. Qonşunun məsləhəti ilə... Xüsusən bahalı geniş spektrli antibiotikləri həkimə demədən xəstənin müalicəsinə qoşmağa meyillidilər. Təəssüf ki, bəzi həkimlər özləri də bu səhvə gedir.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Koronavirus xəstələrinin səhv müalicəsindən danışan həkim bildirib ki, antibiotiklər bu xəstəliyi sağalda bilməz:
“Sanki psixoloji inam var ki, antibiotik nə qədər bahalıdırsa o qədər də kömək edəcək. Bu kobud səhvdir. Biləsiniz ki, qoşduğunuz o təzə antibiotik qızdırmanı salmayacaq. Görəcəksiz ki, qızdırma yenə qalxır. Onda başa düşəcəksiniz ki, Şahin doktor düz deyirmiş, boş yerə pulumuz getdi. Çünki qızdırmanı verən bakteriya deyil, bir virusdur, antibiotik ona təsir edə bilməz. Boş yerə xəstə həmin antibiotikin əlavə mənfi təsirlərinə məruz qalır. Bu mənfi təsirlər ciddidir.

Əgər antibiotik qoşulacaqsa, bunun başlanma vaxtını, növünü, dozasını həkimlər qərar verir. Mən özüm ilk həftədə heç kimə antibiotik yazmıram. Yüngül keçirənlərə heç yazmıram. Orta ağır keçirən, risk qrupunda olan xəstələrə də ilk həftədə yazmıram. Çünki ilk həftədə bakterial superinfeksiyanın əmələ gəlmə ehtimalı demək olar ki, sıfırdır. Boş yerə qoşacağım antibiotik diareya verə bilər, elektrolit disbalansına görə xəstə ağırlaşar”.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)















.jpg)

.jpg)