Sağlamlıq
Virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var, onlar... - Həkimdən ŞOK
“İndiki pandemiya olmasaydı, bu qədər şpris, bu qədər dərman, bu qədər tibbi avadanlıq, aparaturalar və s. satılacaqdımı? Kim idi məsələn D dimer, ferritin kimi az istifadə edilən analizlərin reagentlərini istifadə edən?”
Publika.az xəbər verir ki, bunu həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov qeyd edib.
O bildirib ki, COVID-19 virusunun müalicəsində istifadə edilən məhşur dərmanlar əvvəllər də var idi, amma yaxşı satış olmurdu.
“Vaksin istehsal edənlər üçün pandemiya çoxdan arzuladıqları, göydəndüşmə fürsətdir. Hər ölkə çoxsaylı süni tənəffüs aparatları, cpap maskalar, geyimlər almağa məcbur oldu və s.
Süd verən inəyi, bar verən ağacı kəsərlər heç? Pandemiyanın davam etməsi, bitməməsi təkcə böyük farmakoloji mafiyalara yox, bir çox sahədə çoxsaylı oliqarxlara sərf edir. Yəni virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var. Onları COVID-19-un “daydayısı”, “krışası”, havadarları adlandırnaq olar. Vaxt var idi, ölkədə cəmi 50 nəfər COVID-lə xəstələnmişdi, ciddi qapanmalara gedilmişdi. İndi minlərlə infeksion xəstə var, vaksinasiyadan başqa heç bir tədbir görülmür.

Ona görə də siz yaxınlarınızı şəxsən özünüz qoruyun. Əhali sıx olan yerlərə getməyin, ara məsafəsini gözləməyə, gigiyenik qaydalara maksimum əməl etməyə çalışın” - həkim qeyd edib.
Ş.Məmmədov evdə müalicə ilə bağlı yaranan qarışıq situasiyaya da münasibət bildirib: “Əvvəllər ara həkimi olardı, iş yeri olmurdu, evlərdə müalicə edirdi. Sistem yazanlar daha məhşur idi. Araşdırsaydın çoxunun həkim diplomu olmadığı, əslində ya feldşer, ya medbrat olmaları üzə çıxırdı. Bəziləri hətta baytar idi, ixtisasca mal həkimi. Ama insanlara həkim kimi təqdim olunurdular deyə hamı onları "ara həkimi filankəs" kimi tanıyırdı. İndi hətta ara professorları peyda olub. Bunlardan biri, adını etik olmadığı üçün çəkmirəm, ev müalicəsində kimə gəldi "moksifloksasin", hətta "meropenem" yazır. Biriləri buna barı antibakterial maddələrin təsnifatını, təsir etdikləri spektri izah etsin. Heç olmasa ictimai rast gəlinən pnevmoniya törədicilərini, bakterial həlqəni bağlaya bilmək üçün antibiotoklərin kombinasiya qaydalarını öyrənsin”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)















.jpg)

.jpg)