Sağlamlıq
Qışda bu qidalar yeyilməlidir, əks halda... - Həkimdən MƏSLƏHƏT/VİDEO
Video əlavə olunub.
xxx
Soyuq mövsümdə qidalanma rasionunun təxminən 40%-i ət, onunla əvəz edilə bilən yumurta və balıq olmalıdır.
Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti"yə Moskva Səhiyyə Departamentinin yetkin əhaliyə ilkin tibbi-sanitariya yardımı üzrə baş ştatdankənar mütəxəssisi Andrey Tyajelnikov bildirib.
O deyib ki, ilin soyuq aylarında insanın daha çox güc və enerjiyə ehtiyacı olduğu üçün qida rasionu dəyişməlidir:
"Qışda orqanizm günəş işığına ehtiyac duyur, onun enerji sərfiyyatı əhəmiyyətli dərəcədə artır, viruslara və bakteriyalara qarşı müqavimət göstərmək üçün gücü azalır, mübadilə prosesləri yavaşlayır və sürətli yorğunluq yaranır.
Orqanizmin dəyişən iqlim şəraitinin öhdəsindən gəlməsi üçün mütləq zülallar, yağlar, karbohidratlar, vitaminlər, minerallar və lifdən ibarət olan balanslı qida qəbul etmək lazımdır. Qış yeməkləri daha doyurucu və kalorili olmalıdır".
Onun sözlərinə görə, rasiona mütləq zülal və yağ mənbələrinin daxil edilməsi zəruridir:
"Buna görə də soyuq mövsümdə rasionunun təxminən 40%-i ət olmalıdır. Bu bizə enerji verir, əzələ toxumasının itirilməsindən qoruyur, yoluxucu xəstəliklərdən qorunmanı stimullaşdırır. Əti yumurta və balıqla da əvəz etmək olar".
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR














.jpg)

.jpg)



.jpg)




















