Sağlamlıq
Antikor səviyyəsi kimdə daha çoxdur?
İsveç və İtaliya alimləri COVID-19 ilə əlaqədar araşdırmalar aparıb, xəstələnmiş şəxslərdə infeksiyaya qarşı yaranmış immunitetin nə qədər davam etdiyini təyin edib.
Publika.az xəbər verir ki, mütəxəssislərin nəticələrinə görə, COVID-19 keçirmiş insanlarda antikorların sayı ilk 6 ayda yavaş-yavaş azalır və sonra 15 ay eyni səviyyədə qalır. Alimlərin məqaləsi “bioRxiv.org” saytında dərc edilib.
Elm adamları araşdırmalarında müxtəlif formalarda koronavirusdan əziyyət çəkən 136 xəstənin məlumatlarından istifadə ediblər. Könüllülərin plazmalarındakı anti-S və anti-RBD antikorlarının titrlərini ölçüblər. Məlum olub ki, mutasiyalar zamanla S-protein və RBD-domen strukturunda toplanır. Bu o deməkdir ki, antikorların neytrallaşdırma qabiliyyəti insan orqanizmində azalır.
Vücudda antikor səviyyəsinin xüsusilə ağır koronavirus xəstələrində yüksək olduğu da qeyd olunub.
Qamaleya Mərkəzinin direktoru Aleksandr Qintsburq həm koronavirus, həm də qrip infeksiyasından qoruyacaq peyvənd hazırlanmasını təklif edib. Onun sözlərinə görə, alimlər yalnız bir neçə çeşidli COVID-19 ştammlarının zülallarından ibarət peyvənd yaratmağı bacardıqdan sonra belə bir dərmanın istehsalı mümkün olacaq.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)
