Sağlamlıq
COVID-19-un fərqli növlərini görəcəyik - İnfeksionist
AY.4.2 ştamı ilk dəfə İngiltərədə aşkar olunub. Bu ölkədən başqa İsraildə, son məlumata görə isə qonşu Rusiyada da yeni varianta yoluxma qeydə alınıb. Bildirilir ki, AY.4.2 “delta” ştamı ilə müqayisədə daha yoluxdurucu xüsusiyyətə malikdir.
Bunu Publika.az-a infeksionist Vüqar Cavadzadə deyib.
Həkim qeyd edib ki, İngiltərədə COVID-19-a yoluxan xəstələrin təqribən 10-15 faizini məhz bu ştam təşkil edir:

“Lakin hələ ki, koronavirusun bu yeni variantı ilə bağlı kliniki sınaqlar tam aparılmayıb. Buna görə də AY.4.2 ştamı ilə xəstələnən insanlar arasında ölüm hallarının sayı və xəstələyin ağır dərəcədə keçməsi barədə hələ ki, klinik nəticələr yoxdur. Ancaq əvvəldən də virusun bütün variantlarının təhlükəliliyi ilə bağlı təsəvvürümüz formalaşıb. Yəni COVID-19-un ştamları fərqli xüsusiyyətlərə sahib olsalar da, təhlükəlilik, daha çox yoluxduruculuq qabiliyyətlərini özlərində saxlayırlar. AY.4.2 ilə bağlı da sınaqlar aparılır, mütəxəssislər sadəcə ilkin nəticələri elan edirlər.
Ştam yeni yayılmağa başlayıb, buna görə də araşdırmalar aparılacaq. COVID-19 mutasiyaya uğramağa davam edir. Hələ bundan sonra onlarla, yüzlərlə koronavirus ştamı yaranacaq. Onların bioloji xüsusiyyəti həyat tərzidir, yaşamaq qabiliyyətidir. Buna görə də yenilərə hazır olmalı, özümüzü qorumalıyıq. Hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması zəruridir və hər kəs gigiyena qaydalarına riayət etməli, sosial məsafə saxlamalı, qapalı məkanlarda maskadan istifadə etməlidir”.
Akqabay Mıradov
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
















.jpg)

















.jpg)

.jpg)