Sağlamlıq
Peyvəndin effektivliyinə təsir edən amillər
“Hər insanın genetikası fərqli olduğu üçün vaksinlərə qarşı reaksiyası da fərqlidir. İmmuniteti təşkil edən bədəndə leykositlərin xaricindəki immunoqlobulinlər və komplemanlardır. Bunların miqdarı genetikanın quruluşuna və yaşa əsasən dəyişir. Odur ki, orqanizmin vaksinasiyaya verdiyi reaksiya genetika ilə əlaqəli prosesdir”.
Bu sözləri Publika.az-a biokimya və molekulyar biologiya üzrə mütəxəssis, həkim-laborant Eldar Əliyev deyib. O, peyvənddən sonra immun reaksiyanın formalaşmasına təsir edən bir sıra amilləri qeyd edib:
“Göz rəngi fərqli olduğu kimi, immunitet də hər insanda fərqli inkişaf edir. Xroniki xəstəliklərdən də asılı olaraq vaksinin effektivliyi dəyişir. Xüsusilə immun çatışmazlığından əziyyət çəkən xəstələrdə immunitet yaxşı inkişaf etmir. Revmatoid və onkoloji xəstələrdə peyvəndin vurulub-vurulmaması həkimin göstərişinə əsasən olunur. Kənardan verilən dərmanlar immunitetə təsir etdiyi üçün bu xəstələrə vaksin vurulması tamamilə subyektiv xarakter daşıyır.
Vaksinin reaksiyası həm də qidalanmadan asılıdır. Məsələn, zəif qidalanan insanlarda təbii ki, qida yetərsizliyi, vitamin çatışmazlığı həm vaksin reaksiyasına, həm anticisimlərin yaranmasına, həm də onların qalıcılığına təsir edəcək”.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)
