Sağlamlıq
İnsanın xoşbəxtliyinə mane olan 5 ƏSAS AMİL
Fərqində olmadan bizi xoşbəxtlikdən məhrum edən 5 hal mövcuddur.
Publika.az xəbər verir ki, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, kliniki psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevainsanları xoşbəxt olmağa qoymayan əsas amilləri qeyd edib. Həmin 5 amili təqdim edirik:
1. Variantların çoxluğu
Moda ilə maraqlanır və qarderobunuzun ağzına kimi dolu olmasının sizi xoşbəxt edəcəyini düşünürsünüzsə yanılırsınız. Hansı marka süd alacağımız, naharda nə yeyəcəyimiz, iclasa nə geyinəcəyimiz düşündüyümüz zamanlarda onlarla variant arasında qalırıq. Stanford Universiteti öz araşdırmalarında sübut edir ki, variantların çoxluğunun insanı stressə və bitkin hiss etməyə vadar edir.
2. Perfeksionizm (Mükəmməlliyətcilik)
Hər hansı bir işi qüsursuz icra etmək, xəyalımızda canlandırdığımız ideal rəsmə çatmağımız nə qədər qürurverici olsa da, həyəcan və məmnunluq gətirsə də o həddə çatana qədərki narahatlıq, təşviş, stress sizə özünüzü bədbəxt hiss etdirəcəkdir. “Mükəmməl yaxşının düşmənidir” deyimini yadımıza salaraq, mükəmməl olmaqdansa xoşbəxt olmağın daha önəmli olduğuna diqqət etməliyik.
3. Gəzən zehin
Son zamanlarda xoşbəxtlikdə bağlı ən çox qabağımıza çıxan deyim “Anda qal”-dır. Hər nə qədər banallaşsa da bu deyimdə vacib bir həqiqət var. Kökləri Buddizmə dayanan bu inanc, yəni, mindfulness, xoşbəxt hiss etməyə davam etməyimiz üçün ən güclü silahdır. Harvard Universitetinin araşdırmaları göstərir ki, zehni durmadan gah keçmişdə, gah gələcəkdə gəzən insanların ruh halı anda yaşayanlara görə daha dəyişkən, pessimizmə meylli və narahat olur.
4. Bacı-qardaşlarla yaxın münasibətlərin olmaması
Zaman-zaman fikir ayrılığına düşsəniz də hər dərdinizi bölüşə biləcəyiniz bir bacınız, sizi hər vəziyyətdə qoruyacaq qardaşınız varsa özünüzü daha xoşbəxt və etibarlı mühitdə hiss edəcəksiniz. American Journal of Psychiatry-də yayımlanan araşdırma göstərir ki, uşaqlıq dövründə bacı-qardaşları ilə yola getməyən uşaqlar yetkinlik çağlarında depressiyaya meylli və bunun tam tərsi mehriban bacı-qardaş münasibətləri ilə böyüyən uşaqların isə sosializasiyası yüksək, insan münasibətləri qüvvətli olur.
5. Fast Food ilə qidalanmaq
Public Health Nutrition Journal-da yayımlanan araşdırmaya əsasən, 6 ay müddətində fast food yeyən insanların sağlam qidalanan insanlara nisbətən 51% daha çox depressiya, ruh düşkünlüyü, apatiya yaşadığı ortaya çıxmışdır.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ





































