Sağlamlıq
Baş pediatrdan xəbərdarlıq: Bu virusda qızdırma...
Son günlərdə uşaqlar arasında yüksək hərarət, boğaz ağrısı və halsızlıqla müşahidə edilən infeksion xəstəliklərin geniş yayılması valideynlərin narahatlığına səbəb olub.
Publika.az mövzu ilə əlaqədar baş pediatr Erkin Rəhimovla danışıb.
- Doktor, dekabrın sonundan başlayaraq uşaqlar arasında infeksion xəstəliklər geniş yayılıb. Valideynlərin sözlərinə görə, qızdırma, boğaz ağrısı ilə başlayır və günlərlə davam edir. Bu, hər il təkrarlanan mövsümi xəstəliklərdən seçilirmi? Valideynlər bu halda ilk növbədə nə etməlidir?
- Son vaxtlarda öskürək, çox yüksək qızdırma, boğaz ağrısı ilə özünü büruzə verən bir virus var. Bir çox xəstədə mövsümi qrip dediyimiz influenza A növünü aşkarladıq. Uşaqlardakı bu problemin hazırda bununla bağlı olduğu qənaətindəyik. Hətta böyüklərdə də görünür. Keçən il pandemiya səbəbilə qapanmalar olduğu üçün çox görünmürdü. Artıq açılma olduğu üçün bu virus təkrar dirçəldi və yayılmağa başladı. Bu, bildiyimiz klassik qrip virusudur. Klassik qrip virusu ilə mübarizədə peyvəndlər əhəmiyyətli rol oynayır, 6 aydan yuxarı olan uşaqlara və təbii olaraq böyüklərə qoruyucu məqsədlə bu peyvənd vurula bilər. Əlavə olaraq şəxsi gigiyena, maska taxmaq, təmasdan qaçmaq və əl yumanın da çox gözəl və effektiv rolları var.
Bu virusda qızdırma çox yüksək seyr edilir, müşahidələrimiz də bunu göstərir. Odur ki, uşağa qızdırmasalıcı dərmanlar verilməli, isti geyindirilməməli və bol-bol maye verilməlidir. Sözsüz ki, həkim müayinəsi vacibdir. Çünki hansı dərmanların verilməli olduğunu ancaq həkim təyin edə bilər.
- Hansı yaş qrupu xəstəliyi xüsusilə ağır keçirir?
- Kiçik uşaqlarda daha ağır keçir və hər hansı xroniki xəstəliyi olan, xüsusən də ağciyər problemi olan uşaqlarda.
- Ümumiyyətlə, uşaqlar arasında COVID-19-a yoluxma hallarına sıx rast gəlinirmi?
- Hazırda rast gəlindiyini demək olmaz, bir müddət əvvəl daha çox idi. Hətta deyərdim ki, indi azalıb, lakin "omikron" ştamı yayılmağa başlayarsa, artım ola bilər.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)
