Sağlamlıq
Qriplə COVID-19-u ayırd etməyin yeni yolları - Rus alim AÇIQLADI
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) eksperti Tatyana Ruzentsova insanların qrip və koronavirusla eyni vaxtda infeksiyanı necə təyin edəcəklərini açıqlayıb.
Publika.az">Publika.az xəbər verir ki, Tatyana Ruzentsova qeyd edib ki, qrip simptomların çox sürətlə artması ilə xarakterizə olunduğundan laboratoriya müayinələri olmadan “flurona”nı müəyyən etmək asan deyil. (“Flurona” ingilis dilində “flu” və “coronavirus” sözlərinin birləşməsindən yaranıb. İlk dəfə ötən il dekabrın sonunda İsraildə peyvənd olunmayan qadınlardan birində eyni vaxtda iki virusa yoluxma aşkar edilib. Yanvarın 4-də həmçinin Braziliyada ən azı 4 “flurona” hadisəsinin müəyyən edildiyi bildirilib - red.)
Mütəxəssis bildirib ki, xəstənin hərarəti bir neçə saat ərzində 38-39 dərəcəyə qalxa bilər. Baş ağrısı və əzələ ağrıları da müşahidə oluna bilər.
Eyni zamanda, Tatyana Ruzentsova vurğulayıb ki, COVID-19 ilə xəstəliyin əlamətləri tədricən inkişaf edir. Ancaq yuxarıdakı simptomlara qoxu itkisi və dadın dəyişməsi əlavə edilərsə, bu, eyni vaxtda iki virusla infeksiyanı göstərə bilər. Ruzentsova əlavə edib ki, bu halda düzgün müalicəni yalnız həkim təyin edə bilər.
Həmçinin o qeyd edib ki, COVID-19-da istifadə olunan geniş spektrli virus əleyhinə preparatlar hər iki virusa qarşı uyğundur, ona görə də terapiya əlavə dərman tələb etmir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





