Sağlamlıq
Yeni ştamın qəribə simptomu ortaya çıxdı
ABŞ Dermatoloq Dərnəyi Akademiyasının həkimləri koronavirusun "omikron" ştamının qeyri-adi simptomu haqqında danışıblar.
Publika.az">Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dərnəkdən verilən məlumatına görə, yoluxmuş şəxslərdə sadə infeksiya əlamətləri ilə yanaşı, başqaları da var. Xüsusilə yüksək temperaturla müşahidə olunan xəstəliyin saç tökülməsinə səbəb olduğu bildirilib. Bu hal, COVID-19-un "omikron" ştamına malik bir şəxs duş qəbul edərkən və ya saçını daradıqda daha kəskin baş verir. Ekspertlərin fikrincə, bu, altı aydan doqquz aya qədər davam edə bilər.
“Lakin koronavirusla bağlı saç foliküllərinin tökülməsi keçəlliyə səbəb olmur və onlar bir müddət sonra yenidən uzanır”, - amerikalı həkimlər izah ediblər.
Britaniyalı doktor Kler Stivs isə koronavirusun "omikron" ştamı əlamətlərinin çox vaxt SARS-a bənzədiyini bildirib. O, yeni COVID-19 ştammının əvvəlkilərdən daha yoluxucu olduğunu, lakin insan orqanizminin onu daha asan keçirdiyini vurğulayıb. Çox vaxt xəstələrdə baş ağrısı, burun axması və boğaz ağrısı ilə müşayiət olunur. Şiddətli yorğunluq, yüksək hərarət, bədən ağrıları və gecə tərləmələri yeni ştamda daha az rast gəlinən simptomlardır.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
























.jpg)











