Sağlamlıq
ÜST: Vaksinlərin effektivliyi azalır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabata görə, m-RNT texnologiyası ilə hazırlanmış peyvəndlər COVID-19-un sürətlə yayılan "omikron" variantına qarşı effektivliyini azaldıb.
Publika.az">Publika.az xəbər verir ki, hesabatda "omikron"un digər variantlara nisbətən daha az ağır xəstəlik və ölümə səbəb olduğu, lakin bir çox ölkədə COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilmələrin sayının sürətlə artdığı da ifadə edilib.
"Omikron"un "delta" ilə müqayisədə daha yüksək ikinci dərəcəli hücum nisbətinə sahib olduğu da qeyd edilib.
Yenidən infeksiyaya yoluxma riski yüksəkdir
İngiltərədə aparılan araşdırmaya görə, "omikron"dan sonra virusa təkrar yoluxma "delta"dan 4-5 dəfə yüksəkdir. Peyvənd vurdurmayan insanlarda isə "omikron"a təkrar yoluxma nisbəti 4-6 dəfə müşahidə edilib.
ÜST-nin hesabatında həmçinin vurğulanıb ki, m-RNT texnologiyası ilə hazırlanmış peyvəndlərin effektivliyi "omikron"un yayılması ilə azalıb. ABŞ-da bu mövzuda aparılan araşdırmaya görə, "Moderna" və "Pfizer-BioNTech" peyvəndlərinin 2 dozasını alanlarda bir ay sonra vaksinlərin effektivliyi müvafiq olaraq 30-40 faizə enir. Qeyd olunub ki, peyvəndin 2 dozası tamamlandıqdan 6-7 ay sonra effektivlik 0 faizə enib.
Bununla belə, m-RNA peyvəndlərinin "omikron"un ağırlaşma riskinə qarşı effektivliyində azalma olmayıb. Araşdırmaya görə, "Pfizer-BioNTech" peyvəndlərini tamamlayan insanlarda 3 ay ərzində xəstəxanaya yerləşdirmə riskinə qarşı 70% effektivlik müşahidə edilib. 6 ayda bu nisbətdə azalma olmayıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)