Sağlamlıq
ÜST: Pandemiya bu il bitə bilər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki qərargahında keçirilən mətbuat konfransında danışan Tedros Adhanom Qebreyesus 2022-ci ildə COVID-19 qlobal fövqəladə vəziyyətinə son qoymaq barədə planın təfərrüatlarını paylaşıb.
Publika.az">Publika.az xarici mətbuata istinadən xəbər verir ki, baş direktor qeyd edib ki, pandemiya bu il bitə bilər.
Qebreyesus virusun təkamülü üçün 3 ssenarinin olduğunu ifadə edib: “Ən yaxşı ssenaridə bundan sonra gücləndirici doza tələb etməyəcək bir neçə variant görəcəyik. İkinci ssenaridə virusun təkamülə davam etdiyini görə bilərik, lakin peyvəndlər sayəsində xəstəliyin ağırlaşma dərəcəsi azalıb. Ən pis halda bundan sonra virusun daha ağır və yoluxucu variantlarının ortaya çıxdığını və heç bir peyvəndin bu yeni təhlükəyə qarşı işləmədiyini görə bilərik”.
COVID-19 ilə mübarizə vasitələrindən yaxşı istifadə etməklə epidemiyanın asanlıqla nəzarət altına alına biləcəyini vurğulayan Qebreyesus əlavə edib ki, peyvəndlərə və müalicəyə ədalətli çıxış təmin etməklə bir çox insanın həyatını xilas etmək mümkündür.
O, bu çərçivədə 2022-ci ilin ortalarına qədər hər bir ölkə əhalisinin 70 faizinin peyvənd edilməsi hədəfinin kritik əhəmiyyət daşıdığını xatırladıb: “İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu hədəfə daha çox çatsa da, bir çox ölkə, xüsusilə Afrika ölkələri bu hədəfin kölgəsində qaldı. Afrika əhalisinin 83 faizi hələ də bir doza peyvənd almayıb. Bu, mənim üçün qəbuledilməzdir”.
Rusiya-Ukrayna müharibəsinə gəlincə, Qebreyesus ÜST-nin Rusiyanın Ukraynadakı hücumları nəticəsində zərər çəkmiş bölgələrə tibbi yardım göstərməyə davam etdiyini və səhiyyə sisteminin zərər çəkdiyi bölgələrə 160 ton tibbi avadanlıq paylandığını bildirib. Baş direktor Rusiyanın indiyədək Ukraynadakı səhiyyə mərkəzlərinə 82 hücum təşkil etdiyini, bu hücumlarda 72 nəfərin həyatını itirdiyini, 43 nəfərin isə yaralandığını deyib.
Tedros Adhanom Qebreyesus həmçinin Ukrayna, Əfqanıstan və Efiopiyaya humanitar yardımı davam etdirmək və COVID-19 ilə mübarizəyə dəstəyi davam etdirmək üçün təşkilatın 2,7 milyard ABŞ dollarına ehtiyacı olduğunu xatırladaraq beynəlxalq ictimaiyyəti köməyə çağırıb.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


