Sağlamlıq
Duzlu yeməkdən kimlər imtina etməlidir?
Əgər həkimlər “diffuz skleroz” diaqnozu qoyublarsa, qida
rasionunda çox duzlu yeməklərdən imtina etmək lazımdır, hətta
nisbətən az miqdarda duz da xəstəliyin şiddətlənməsinə səbəb ola
bilər.
AzərTAc “The Toronto Sun” qəzetinə istinadən xəbər verir ki,
Raul Karrea adına Nevroloji Tədqiqatlar İnstitutunun (Toronto,
Kanada) alimləri belə qənaətə gəliblər. Alimlər istehlak olunan
duzun miqdarı ilə xəstəliyin gedişi arasında əlaqəni araşdıraraq
müəyyənləşdiriblər ki, diffuz sklerozundan əziyyət çəkən adam nə
qədər çox duzlu yemək yesə, onun əsas xəstəliyi ilə bağlı
problemləri də bir o qədər çox olar.
Alimlər zəifləyən formalı diffuz sklerozu olan 70 pasiyentin
sidiyini və qanını analiz ediblər. Analizin nəticələrinə əsasən
könüllülərin bir gün əvvəl nə qədər duz qəbul etdiklərini demək
mümkün olub. Doqquz ay ərzində hər pasiyentdən üç dəfə bioloji maye
(qan və sidik) nümunələri analiz edilib.
2010-cu ildən 2012-ci ilədək məlumat toplanıb. 2013-cü ilin yayında eyni diaqnozlu 55 pasiyentin iştirakı ilə analoji tədqiqatlar aparılıb. Adamlar hərəsi gündə orta hesabla 4 qram duz qəbul ediblər. Bəziləri duzun miqdarını iki qramadək azaldıblar. Mütəxəssislər pasiyentlərə qəbul etdikləri duzu azaltmağı məsləhət görürlər.
-
Hadisə00:27Abşeronda yaşayış kompleksində partlayış - Sakinlər təxliyə edilir
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika27 İyul 13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək















.jpg)
.jpg)

















