Sağlamlıq
Beyninin bir hissəsi olmayan məşhur necə yaşayır? - VİDEO
“Game of Thrones” serialındakı Daenerys Tarqaryen obrazı ilə tanınan britaniyalı aktrisa Emiliya Klark iki dəfə insult keçirib və əməliyyatdan sonra beyninin bir hissəsi çıxarılıb. Buna baxmayaraq, o, sağ qalıb, yaddaşı yerindədir və həyatını yaşamağa davam edir. Bəs bu, necə mümkündür?
Publika.az xəbər verir ki, bu barədə nevroloq Rustem Qayfutdinov danışıb.
“İnsultlar fərqlidir. Onların hər zaman fərdi nəticələri və lokalizasiyası var. Düşünürəm ki, Emiliya Klarkın vəziyyətində təəccüblü heç nə yoxdur. Görünür, insanın böyük ehtiyatı var. Aktrisa beyin funksiyalarından fəal şəkildə istifadə edib. O, yaxşı yaddaşa malik idi və beynin digər ehtiyat imkanları kifayət qədər uğurla inkişaf etdirilib”, - həkim “Veçernaya Moskva”ya izah edib.
Bir çox hallarda insult yaddaş, hərəkətlilik və nitq pozğunluğu ilə müşayiət olunmur. Bundan əlavə, beynin ehtiyatları o qədər genişdir ki, təsirlənmiş sahələrin funksiyalarını onun digər hissələri kompensasiya edə bilər. Qayfutdinov aktrisanın insultdan sağalmasına onun peşəkar yanaşmasının da müsbət təsir etdiyini vurğulayıb. Nevroloq izah edib ki, insultların 70 faizi iflic və parezlərlə müşayiət olunur. Cəmiyyət bu simptomları insult əlaməti kimi tanımağa vərdiş edib. Ancaq başa düşmək lazımdır ki, beynin üçdə biri qan tədarükünü yaddaş və hərəkətlilik bacarıqları ilə əlaqəli olmayan arteriyalardan alır. Yaddaş pozğunluğunun baş verməsi üçün bu funksiyaya cavabdeh strateji sahələr təsirlənməlidir. Bu strukturların və ya ağ maddənin çoxsaylı iştirakı da olmalıdır.
Xatırladaq ki, Emili Klark bir neçə il əvvəl iki dəfə insult keçirdiyini açıqlayıb. Aktrisaya beyin anevrizması diaqnozu qoyulub, əməliyyata baxmayaraq, bu anevrizma yalnız artıb. Aktrisanın nitqində problemlər yaranmağa başlasa da, müalicəsi təsirli olub.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































