Sağlamlıq
Bu ölkədə meymunçiçəyinə qarşı peyvəndlənmə başlandı
Niderlandda meymunçiçəyinə qarşı vaksinasiya başlanıb.
Publika.az xarici mətbuata istinaədn xəbər verir ki, bu barədə Niderland İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) açıqlama yayıb. Bildirilib ki, meymunçiçəyi virusuna qarşı ilk peyvəndlər Amsterdam və Haaqa bələdiyyələrindəki sağlamlıq mərkəzlərində başlayıb.
Açıqlamada Amsterdamdakı mərkəzdə ilk gündə 50 nəfərin meymunçiçəyi virusuna qarşı peyvənd ediləcəyi, hər gün isə 100 nəfərin peyvənd ediləcəyi qeyd edilib. Məlumata görə, peyvənd üçün dəvət edilən 32 min nəfərin əksəriyyəti homoseksual və transseksuallarolub. Açıqlamada peyvəndin iki dozada tətbiq ediləcəyi, ikinci dozanın isə birincidən dörd həftə sonra vurulacağı bildirilib.
Danimarkanın Bavarian “Nordic” şirkətinin hazırladığı və Avropa Birliyi Dərman Agentliyi (EMA) tərəfindən təsdiq edilmiş “İmvanex” peyvəndinin istifadə olunduğu Niderlandda ümumilikdə 70 min meymuniçəyi vaksinin olduğu vurğulanıb.
Məlumat üçün bildirək ki, Avropa Birliyi Danimarkanın biotexnoloji şirkəti “Bavarian Nordic”in (BAVA.CO) meymunçiçəyi virusuna qarşı peyvəndini təsdiqləyib.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)