Sağlamlıq
Alma sirkəsinin İNANILMAZ FAYDALARI
Alma sirkəsinin düzgün istifadəsi əlavə funtlardan qurtulmağa və qan təzyiqini normallaşdırmağa kömək edir.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı dietoloq, fitoterapevt Anjelika Duval bildirib.
Onun sözlərinə görə, alma sirkəsi qanı durulaşdırmağa kömək edir, varikoz damarları olan xəstələr üçün faydalıdır.
“Tərkibində çoxlu turşu olduğu üçün alma sirkəsi qanı durulaşdırır. Onun daxilində limon, laktik, nikotinik turşular var. Varikoz damarlarından əziyyət çəkən yaşlı insanların sirkə içməsi özlərini daha yaxşı hiss etməyə kömək edəcək. Sirkəni daxilə qəbul etməklə təzyiqi tənzimləyə bilərik” - həkim izah edib.
Duval qeyd edib ki, bu məhsul həm də qan şəkəri və xolesterin səviyyəsini aşağı salmağa kömək edir və arıqlamaq üçün istifadə edilə bilər:
“Alma sirkəsi arıqlamaq üçün istifadə olunmağa başladı, çünki tərkibində çoxlu miqdarda kalium var və kalium artıq suyu çıxarır. Alma sirkəsini yeməkdən 10-15 dəqiqə əvvəl qəbul etmək tövsiyə olunur: sonra nişastalar fərqli şəkildə həzm olunur. Nəticədə, iştahımız bir qədər azalır və bu, arıqlamaq prosesində əsas rol oynayır”.
Eyni zamanda həkim xəbərdarlıq edib ki, alma sirkəsi arıqlamaq üçün yalnız digər tədbirlərlə birlikdə istifadə edilməlidir. Onun sözlərinə görə, yalnız balanslaşdırılmış qidalanma və adekvat fiziki fəaliyyətlə arıqlamaq olar.
Həmçinin diyetoloq qeyd edib edib ki, insulin qəbul edən şəkərli diabet xəstələri alma sirkəsi qəbul etməməlidirlər, çünki bu, orqanizmi insulinə daha həssas edir.
Murad
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
