Sağlamlıq
Bananın insan sağlamlığına İNANILMAZ təsiri
Banan insanın yaddaşını gücləndirə, immuniteti yüksəldə və alkoqolu orqanizmdən çıxara bilər.
Publika.az xəbər verir ki, bu sözləri diyetoloq, Rusiya Milli Diyetoloqlar Cəmiyyətinin üzvü Kristina Plotnikova deyib. O bildirib ki, bu meyvənin tərkibində fitosterollar, purinlər və oksalat turşusu var. Bu meyvə B və C vitaminləri ilə zəngindir, eyni zamanda hipertoniya böhranının qarşısının alınmasında istifadə edilə bilər.
“Bundan əlavə, bütöv vitamin-mineral kompleksi sayəsində immunitet yüksəlir, aclıq tez aradan qalxır və alkoqol məhsulları orqanizmdən çıxarılır. Ürək-damar sisteminin fəaliyyəti də normallaşır, yaddaş və performans yaxşılaşır. Tərkibindəki triptofan yuxuya getməyə kömək edir. Bananın sayəsində ishal zamanı elektrolit balans dolur, mədənin selikli qişasında xora yaradan bakteriyalar məhv edilir”, - Plotnikova "ura.ru" saytına müsahibəsində bildirib.
Diyetoloqun sözlərinə görə, banan mədə-bağırsaq traktına və hormonal disbalans üçün də faydalıdır. Həm də bu meyvə disbakterioza kömək edir, bağırsaqda faydalı mikrofloranın inkişafı üçün qidalı mühit yaradır. Banan PMS və menopoz zamanı qadınlar üçün tövsiyə olunur: hormonal səviyyələri bərabərləşdirir. Bundan əlavə, gündə dörd banan insanın ürək əzələsinin işindən asılı olan kalium və maqneziuma gündəlik ehtiyacını tamamilə ödəyir. Bu isə əhval-ruhiyyəni qaldırmağa kömək edir, çünki serotonin istehsalını stimullaşdırır. Plotnikova görə, bu, əsl təbii antidepresandır.
Aytən Məftun
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ














.jpg)
























