Sağlamlıq
Bir uşaq ildə neçə dəfə xəstələnə bilər? - Professor AÇIQLADI
Bir uşaq ildə səkkiz dəfə kəskin respirator infeksiyasına tutula bilər.
Publika.az xəbər verir ki, bu barədə biologiya elmləri doktoru, RUDN Tibb İnstitutunun Mikrobiologiya və Virusologiya kafedrasının professoru Oksana Qizinger RT-yə müsahibəsində danışıb. Professor həmçinin uşağı xəstəliklərdən qorumağın yollarından söz açıb.
“Uşaq bağçada kollektivin arasına düşəndə, onun immun sistemi bir sıra yeni viruslar və bakteriyalarla qarşılaşır və onlardan qorunmağı öyrənir. Bir uşaq ildə səkkiz dəfəyədək kəskin respirator infeksion xəstəliklərə yoluxa bilər”, - ekspert bildirib.
Bundan əlavə, o qeyd edib ki, tez-tez xəstələndiyi üçün uşağı məktəbəqədər müəssisələrdən uzaqlaşdırmağa dəyməz. Onun sözlərinə görə, bu halda immunitetin virus və bakteriyalara uyğunlaşması artıq məktəbdə baş verəcək.
Qizinger əlavə edib ki, uşaq tez-tez, məsələn, hər ay xəstələnirsə, ehtiyatlı olmalısınız. Bu halda həkimlər “tez-tez xəstələnin uşağı” qeydiyyata alır, terapiya aparır, bunun sayəsində xroniki bronxopulmoner xəstəliklərin erkən aşkarlanması və inkişafının qarşısının alınması mümkündür.
“Uşağın öz bədənini virus və bakteriyalarla təkbaşına mübarizə aparmağa öyrədə bilərsiniz. Bunun üçün gəzinti və digər fiziki fəaliyyət uyğun gəlir. Növbəti qayda odur ki, evi müntəzəm olaraq havalandırmalısınız. Qidalanma və sağlam yuxu da mühüm rol oynayır”, - ekspert yekunda vurğulayıb.
Aytən Məftun
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?
-
Hadisə21 Aprel 21:00Bakı metrosunda bədbəxt hadisə - Ölən var


























.jpg)
.jpg)









