Sağlamlıq
Erkən ölüm riskini azaltmağın yolları - Araşdırma
Yaponiyada aparılan elmi araşdırmada alimlər vaxtından əvvəl ölüm riskini azaldan amili üzə çıxarıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın qabaqcıl qurumlarından biri olan Tohoku Universitetində çalışan elm adamlarının sözlərinə görə, aerobik məşqlər ölüm riskini azaldır.
Bu, əzələ gücünün birbaşa sağlamlıqla əlaqəli olması ilə izah edilib. Bildirilib ki, aerobik məşqləri ağırlıq qaldırma hərəkətləri ilə birləşdirmək lazımdır.
Alimlər hər iki idman növünün təkbaşına faydaları olduğunu izah edib, lakin hər ikisini edənlərdə təsirin daha çox olduğunu vurğulayıblar. Onların sözlərinə görə, bu iki məşqi birlikdə yerinə yetirən insanlarda xəstəlik və vaxtından əvvəl ölüm riski daha azdır.
Haruki Momma araşdırma haqqında bunları deyib: “Bu nəticələr bizi təəccübləndirmədi, amma önəmli olan odur ki, məşqlərin yaşlı insanlarda da təsirli olduğu üzə çıxıb. Əvvəlki tədqiqatlarda bu məşqlərin yaşlılara təsiri bağlı heç bir nəticə yox idi.
“British Journal of Sports Medicine”də dərc olunan araşdırmada qeyd oolunub ki, həftədə bir və ya iki dəfə ağırlıq qaldıran və tövsiyə olunan həftəlik aerobik idman edən insanların vaxtından əvvəl ölüm riski 41 faiz daha azdır.
Araşdırmanın 1998-ci ildə başladığı, 2016-cı ilə qədər davam etdiyi bildirilib və təxminən 100 min qadın və kişinin sağlamlıq vəziyyəti və məlumatlarının araşdırıldığı açıqlanıb. Yalnız ağırlıq qaldıran və aerobik məşq etməyən yaşlılarda vaxtından əvvəl ölüm riskinin 22 faiz olduğu qeyd edilib, hər iki məşqi edənlərdə riskin çox daha aşağı olduğu bildirilib.
Alimlər izah ediblər ki, yalnız aerobik məşq edənlərin vaxtından əvvəl ölüm riski ümumiyyətlə məşq etməyənlərə nisbətən 34 faiz azdır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)