Sağlamlıq
Hər axşam bir ədəd çiy soğan yeməyin İNANILMAZ FAYDASI
Daha yaxşı yatmaq, artıq çəkidən və dəri problemlərindən xilas olmaq üçün hər gün bir ədəd çiy soğan yemək lazımdır.
Publika.az xəbər verir ki, bu barədə Polşanın “Onet” nəşri yazıb.
Məqalədə qeyd edilib ki, bir çox insan soğanı əsas yeməklərə əlavə olaraq az miqdarda istifadə edir və onların faydalı xüsusiyyətləri haqqında çox az şey bilirlər. Məsələn, bu tərəvəzin müntəzəm istifadəsi kolon xərçəngi, mədə xərçəngi və ürək xəstəlikləri riskini azaldır. Pis xolesterinin səviyyəsini azaldır və qanda şəkər səviyyəsini tənzimləyir.
Nəşrin müəllifləri hesab edir ki, axşam ən azı kiçik bir soğan yemək çox faydalıdır. Dadı yumşaltmaq üçün digər tərəvəzlərlə birlikdə salata əlavə edilə, ət, çörək və digər məhsullarla birləşdirilə bilər.
Nəşrin məlumatına görə, soğan yemək stress səviyyəsini azaldır və sağlam yuxuya kömək edir, çünki onların tərkibində təbii sakitləşdirici təsir göstərən L-triptofan var. Bundan əlavə, soğan həzmə yaxşı təsir göstərir, həmçinin az kalorili olsa da, toxluq hissi verdiyi üçün müntəzəm istifadə edildikdə arıqlamağa kömək edir.
Soğanın tərkibi antioksidantlar və kükürdlə zəngindir, odur ki, dəri, saç və dırnaqlara da faydalı təsir göstərir. Tərkibində həmçinin B, C, K, E, A vitaminləri, sink, maqnezium, flüor, fol turşusu, dəmir, kalium, kalsium və silisium var.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)